Qorxuram kədərdən qaça bilmərik.
Elə et bağlama özünü mənə,
Sonra düyün düşər aça bilmərik.
Birdən bizi birgə görənlər olar,
Sonra sevgimizi dana bilmərik.
Bizim də hamı tək, urəyimiz var,
Sevgiylə alışıb, yana bilmərik ?!
Nə var ki yanmağa eşqin odunda,
Qorxuram yanarıq, sönə bilmərik.
Bu sevgi yoludur, saxla yadında,
Ölüncən bu yoldan dönə bilmərik.
Rast gəlib ayrılıq adında dağa,
Sözmüzün üstündə dura bilmərik.
Başımız qarışar xəyal qurmağa,
Qorxuram ailə qura bilmərik.
Bağlayaq evlilik mövzularını,
Əks halda mövzudan çıxa bilmərik.
İki qəlb evinin arzularını,
Qorxuram bir evə yığa bilmərik.
Ayrilsaq, bu eşqi məncə bir ilə,
Öldürə bilərik.. Demə bilmərik.
Bu ölmüş hisləri göz yaşı ilə,
Torpaq islanmasa, gömə bilmərik.
Ayrılıq üzərsə hər birimizi,
Bunu düşünmədən yata bilmərik.
Axı görüb sevdik.
Bir-birimizi,
biz göz görə-görə ata bilmərik.
Nə isə... Ürəkdən sevginin özün,
Bilmirəm, silərik, silə bilmərik..
"Amil, nə olacaq sonunuz sizin ? "
- Allahın işidir, bilə bilmərik.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев