heyder - eliyev (1)
Azərbaycan Sovet Ensiklopediyasında (ASE) yazılmışdır ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində doğulmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Sənaye Institutunda oxumuşdur. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili Işlər Komisarlığında işləmişdir. 1944-cü ilin may ayından dövlət təhlükəsizliyi orqanlarında işə düzəlmiş və burada 1969-cu ilə qədər müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir.
1964-cü ildə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) 14 iyul 1969-cu il tarixli plenumunda o, AKP MK-nın 1-ci katibi və MK-nın Büro üzvü seçilmişdir. Məlumdur ki, sonra 1982-ci ildə Sov.IKP MK-nın Büro üzvü olmaqla yanaşı, SSRI Nazirlər Soveti sədrinin 1-ci müavini olmuş, 1987-ci ildə isə təqaüdə göndərilmişdir. 1993-cü ildə təkrarən Azərbaycan Respublikasının rəhbərliyinə gəlmişdir. ASE-də Heydər Əliyevin milliyəti göstərilməmişdir. Lakin Moskvada çıxan «Profil» jurnalında Aleksandr Troşin «Sem partiynıx qrexov tovarişa Aliyeva» adlı məqaləsində («Profil», 1997-ci il, № 39, səh.58-62) yazır: Əliyev əsrin əvvəlində Ermənistan ərazisində kürd ailəsində doğulub və sonradan Naxçıvana köçmüşdür. Onun qardaşı Həsən Əliyev kürd millətinə mənsub olan ilk alim olmuşdur. Həmçinin, müəllif qeyd edir ki, Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda onun yaramaz əməlləri barədə Azərbaycandan Sov.IKP MK-ya çoxlu şikayətlər gedir. Bununla əlaqədar olaraq Sov.IKP Nəzarət Komitəsinin sədri Boris Puqo tərəfindən Azərbaycana xüsusi komissiya göndərilir. Heydər Əliyev isə öz yaramaz əməllərini çox yaxşı bildiyindən, hər ehtimala qarşı, arxivlərdən özünə aid olan sənədləri qabaqcadan çıxartdırdığı üçün komissiya onun nə doğumu və nə də fəaliyyəti barədə heç bir arayış ala bilmir. Komissiya tərəfindən çağrılan Azərbaycan Sənaye Institutunun rektoru isə qorxa-qorxa deyir ki, sizdən əvvəl bir neçə adam gəlib Heydər Əliyevin sənədləri olan qovluğu tələb etdi və sonra da onu geri qaytarmadılar.
heyder-eliyevin-ailesiNaxçıvanda isə doğulan uşaqların adları qeyd olunan kitabda onun nə adı və nə də doğum haqqında şəhadətnaməsi ümumiyyətlə olmur. Nəhayət, Naxçıvan Pedtexnikumunun arxivində onun öz əli ilə yazılmış tərcümeyi-halı tapılır. Orada o doğulduğu ili 1922-ci il göstərmişdir. 1920-cı və 1922-ci ildə doğulanların hamısı Vətənin müdafiəsi üçün müharibəyə göndərilirdi. Heydər Əliyev isə Vətəni müdafiə etməkdən yayınıb, saxtakarlıq edərək, yaşını bir il azaltmışdır. O, bununla da kifayətlənməyib, Vətənin müdafiəsindən birdəfəlik yayınmaq üçün hər ehtimala qarşı saxta xəstəlik arayışları da düzəltmişdir.
«Müxalifət» qəzetində (18 oktyabr 2003-cü il), öz dediyinə görə Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevlə ata-bala kimi olan, 50 illik pedaqoji fəaliyyəti dövründə Heydər Əliyevə və respublikanın tanınmış bir neçə siyasi xadimlərə dərs demiş, 1929-cu ildə anadan olmuş və hal-hazırda da sağ-salamat olan professor Duman Cəfərovun çox maraqlı müsahibəsi dərc olunmuşdur. O, müsahibəsində bildirir ki, Həsən Əliyev özü ona deyib ki, o kürd millətinə mənsub olan ilk elmlər namizədidir. «1934-cü ildə dərc olunmuş ensiklopediyada, həqiqətən Həsən Əliyev kürd kimi təqdim olunub.» Həmçinin o, Həsən Əliyevə istinadən bildirir ki, Heydər Əliyev 1919-cu ildə doğulmuşdur.
Arkadi Vaksberq «Literaturnaya qazeta»da (21 sentyabr 1988-ci il) dərc etdiyi «Gurultulu alqışlarla» adlı oçerkində yazır: «Komissiya müəyyənləşdirdi ki, müharibə başlayanda Heydər Əliyev Bakıda Əzizbəyov adına Sənaye Institutunda təhsilini yarımçıq qoymuş və orduya çağırışdan yayınmaq üçün Vətəni Naxçıvana getmişdir. Orada belə bir sənəd düzəltmişdir ki, guya ağır formalı ağ ciyər vərəminə tutulmuşdur və çağırışdan azaddır».
Bayram Tahirbəyov isə 24 iyun 2001-ci ildə «Qorets» qəzetində (Bütöv Qafqaz ümumxalq aypara qəzeti) «Bayki «Bakinskoqo Bulvara» pro Qeydara, kotorıy Dоavid» adlı məqaləsində yazır: «Ordudan tam azad olunma möhləti zöhrəvi və ruhi xəstələrə (9a və 9b) düçar olmuş adamlara verilirdi. Heydər Əliyev bütün müharibə dövrünü «4 xaçlı» (++++) zöhrəvi xəstə arayışı ilə keçirmişdir. Şəxsi işi hərbi komissarlığın arxivində saxlanılır».
Qeyd edirəm ki, 1970-ci ilə kimi Azərbaycan SSR Ali Sovetinin sədri olmuş Məmməd Əbdül oğlu Isgəndərovun bacanağı professor Əhəd Ibrahimov 2009-cu ildə M.Ə.Isgəndərovun həyat fəaliyyəti ilə bağlı «Görkəmli insanların həyatı. Məmməd Əbdül oğlu Isgəndərov» adlı kitab çap etdirmişdir. Müəllif kitabda tək M.Ə.Isgəndərovun həyat fəaliyyətini yazmaqla kifayətlənməyib, 1918-ci ildən bəri Azərbaycanda baş verən siyasi-ictimai hadisələri, Azərbaycanın kimlər tərəfindən necə idarə olunduğunu qələmə almışdır. O cümlədən Heydər Əliyevin həyat-fəaliyyətinə də geniş yer vermişdir. Professor Ə.Ibrahimov yazır: «DTK-nın əmrində və onun partiya təşkilatının qərarında göstərilir ki, H.Əliyev Böyük Vətən Müharibəsi başlayanda Azərbaycan Sənaye Institutunun 3-cü kursunda təhsilini başa çatdırmadan, axırıncı imtahanını vermədən, Ali Baş komandan I.Stalinin fərmanına riayət etmədən təhsilini yarımçıq qoyaraq Naxçıvana icazəsiz gedibdir. Dövlət başçısının fərmanında göstərilirdi ki, aşağı kurslarda oxuyan, 3-cü kurs da daxil olmaqla tələbələr ordu sıralarına-cəbhəyə getməlidirlər. Azərbaycan Sənaye Institutunda H.Əliyevlə birlikdə oxuyan tələbə yoldaşlarının dediyinə görə: «Biz qərara gəldik ki, axırıncı imtahanımızı verib 3-cü kursu bitirdikdən sonra, gedib ailələrimizlə görüşüb, əvvəlcə «voenkomat»a, sonra isə cəbhəyə gedək.» Axırıncı imtahanı verdikdən sonra biri-birimizlə xudafizləşib ayrıldıq. Onlardan fərqli olaraq, H.Əliyev müharibə başlayan kimi 3-cü kursu bitirmədən Naxçıvana qaçıbdır. Döyüşən ordu sıralarından yayınmağının əsasını təmin etmək üçün, saxta həkim arayışı düzəldibdir. Arayışda onun sümük-vərəmi xəstəsi olduğuna görə ordu sıralarında xidmət etməyə yararsız olduğu göstərilibdir.
heyder_eliyev_gencBunlardan xəbər tutan NKVD-nin kaşfiyyatçı çekist dəstələri H.Əliyevi həbs etdilər. Istintaqın nəticəsində onun atasının yezdi kürdü olduğunu və anasının – Satanikin erməni millətindən olan qadın olduğunu aşkarlayırlar. Böyük Vətən Müharibəsi dövründə fərarilik edən şəxslərin ittihamı hərbi tribunal tərəfindən güllələnməklə nəticələnirdi. Ancaq onun erməni mənşəli yezdi kürdünün oğlu oldugunu və erməni dilini bilməsi Sovet Ittifaqının Irandakı əks-kəşfiyyatında xidmət etməsində zəmin yaradır. NKVD-də onu güllələmək əvəzində agentlik (casusluq) etmək təklifini verirlər. O, da təklifi ikiəlli qəbul edir. Iranda müdafiə mövqeyində dayanan Sovet Ittifaqı ordusundakı əks-kəşfiyyatın orqanlarına da xidmətə göndərirlər.
Bildiyimiz kimi, Iranda məskunlaşan ordumuzun partiya təşkilatının rəhbərliyinə, Mircəfər Bağırovun təklifi-sərəncamı ilə, professor Əziz Əliyev təyin olunmuşdur. Bundan xəbər tutan H.Əliyev professorun cangüdəni vəzifəsində xidmət etməyə səy göstərməklə nail olur. Əziz Əliyevin qızı Zərifə xanımla tanışlıq da oradan başlayıbdır. Sonra bu minvalla da o xanım qızla ailə qurubdur. 1941-1945-ci illərdə fərariliyə-dezertiliyə xidmət etdiyi halda, müharibədən sonrakı illərdə DTK orqanlarında işə düzəlibdir. Əvvəlcə Naxçıvan MR, sonra isə Bakıda DT Komitəsində işləyibdir. Tədricən inkişaf edərək DTK-da 5-ci şöbənin müdiri vəzifəsinə yüksəlibdir Vəzifəsindən sui-istifadə edərək tabeliyində işləyən rus qızını zorlayıbdır. Qız da ailəsinə və Moskvadakı qohumlarına, siyasi-ictimai təşkilatlara ərizə vasitəsilə müraciət edibdir.
Sovet Ittifqının Dövlət Təhlükəsizlik Komitəsinə və digər siyasi-ictimai təşkilatlara daxil olan ərizə-müraciətlərin nəticəsində Azərbaycan DTK partiya təşkilatı H.Əliyevi partiya sıralarından xaric edir. Komitənin sədri general T.Yaqubov da partiya təşkilatının rəhbəri Arif Nəzər oğlu Heydərovun imzaladığı protokolun əsasında H.Əliyevi şöbə müdiri vəzifəsindən azad olunması əmrini vermişdir. Göstərilən sənədləri təsdiq olunmaq üçün MK bürosuna müraciətlə göndərmişdilər. Demək olar ki, H.Əliyevin diri-diri dəfn olunması sərəncamı çox yüksək səviyyədən olmuşdur.» (Səh.89-90)
A.Vaksberq «Literaturnaya qazeta»da göstərilən oçerkində yazır: «Heydər Əliyev müharibədən sonra əvvəlkinin məzmununa tamamilə zidd olan, yəni orduda xidmət etdiyini, müharibə iştirakçısı olduğunu bildirən sənədlər təqdim etmiş və ona görə də asanlıqla instituta bərpa olunmuş, lakin orada oxumamış, universitetin tarix fakultəsinin üçüncü kursuna keçmişdir. Həmin fakultəni qiyabi bitirmişdir, gərək ki, 1957-ci ildə».
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Univetrsitetinin) arxivində də Heydər Əliyevə aid olan heç bir sənəd yoxdur(?!)
Lakin müəllifləri Sadıq Şükürov və Mübariz Səfərov olan «Millət Atası» kitabında (Bakı, «Təhsil» nəşriyyatı, 2000-ci il, səh.16) yazılmışdır: «1944-cü ildə Heydər Əliyev Bakıda Dövlət təhlükəsizlik orqanına işə göndərildi. Bu idarədə o, pillə-pillə yüksəldi, xalqının tarixini öyrənmək fikrinə düşdü, 1951-ci ildə Bakı Dövlət Universitetinin tarix şöbəsinə aşağıdakı fənnlərdən qəbul imtahanları verdi:
1. 10.08. – «Alman dili» – yaxşı
2. 13.08 – «Azərbaycan ədəbiyyatı (yazılı)» – əla
3. 14.08 – «Azərbaycan ədəbiyyatı (şifahi)» – əla
4. 14.08 – «SSRI tarixi (şifahi)» – əla
5. 14.08 – «Rus dili (yazılı)» – əla
6. 14.08. – «Rus dili (şifahi)» – əla
7. 15.08 – «Coğrafiya (şifahi)» – əla.»
Qəribə deyilmi? Bu kitabın müəllifləri, şübhə yaranmamaq üçün, heç olmazsa Heydər Əliyevin bir gündə dörd fəndən deyil, bir fəndən imtahan verdiyini göstərsəydilər, daha inandırıcı olardı. Axı, o vaxt imtahanlar testlə verilmirdi. Bir gündə ancaq bir, yaxud da, çox təsadüf halda bir gündə iki fəndən imtahan götürülürdü.
heyder_eliyev_vaqif_tamasaProfessor D.Cəfərov isə «Müxalifət» qəzetinə verdiyi müsahibəsində bildirir ki, «Heydər Əliyev indiki BDU-nun tarix fakultəsinin rus bölməsinə, özü də birbaşa 3-cü kursa qəbul edilib. Qiyabi təhsil alan sabiq dövlət başçısı dərslərə gəlməz, imtahanlarda isə müəllimlərə rüşvət təklif edərdi. Onun müəllimlərindən biri Məlik Orucov idi. Əliyev ona imtahan üçün yüz manat pul vermişdi. Sonradan Əliyev 1-ci katib olanda Məlik Orucov bütün tanışlarına deyirdi ki, əgər Heydər Əliyeviç soruşsa ki, Məlik Orucov sağdır, deyin o çoxdan ölüb. Halbuki sağ idi və heç də qorxaq kişi deyildi. Amma Heydər Əliyev nə istəsə, onu da edərdi. Kimi istəsə öldürər, kimi istəsə tutdurardı».
Göründüyü kimi, müəllifləri S.Şükürov və M.Səfərov olan «Millət Atası» kitabında Heydər Əliyevin əla qiymətlər almaqla qəbul imtahanları verib Bakı Dövlət Universitetinə qəbul olunması barədə məlumat tamamilə yalandır. Şübhəsiz ki, bu kitab dövlət sifarişi ilə məqsədyönlü yazılmışdır. Yeganə məqsəd də Heydər Əliyevin cinayəet əməllərinin üstündən pərdə çəkmək üçün onu «millət atası» kimi reklam etdirməkdir.
Həmçinin, professor D.Cəfərov BDU-nun şərqşünaslıq fakultəsində təhsil alan Heydər Əliyevin qızı Sevilə də dərs deyib. O da atası kimi dərsə gəlmirmiş. Elə buna görə də o, imtahanlarda Sevilə qiymət yazmayıb. O vaxtı rektor Faiq Bağırzadə D.Cəfərovun əvəzində Sevilə beş yazıb. Bu isə müəllimlə rektor arasında münaqişəyə səbəb olub.
A.Troşin «Profil» jurnalındakı məqaləsində göstərir ki, Heydər Əliyev qardaşı Həsənin köməyilə 1944-cü ildə təhlükəsizlik komitəsinə işə düzəlir və sürətlə irəliləyir. Artıq 4 ildən sonra, 1948-ci ildə əks-kəşfiyyatla məşğul olan 5-ci idarənin rəisi olur. Elə bu ildə də Dağıstan MSSR Vilayət Komitəsinin birinci katibi Əziz Əliyevin qızı Zərifə xanımla ailə qurmasından heç altı ay keçməmiş əxlaqsızlıqla məşğul olmağa başlayır. O vaxt Bakıda Heydər Əliyevin əlində bir neçə gizli mənzil vardı. Bu mənzillərdə də o əxlaqsızlıqla məşğul olurdu.
heyder-eliyevin-anasi1953-cü ildə isə Heydər Əliyevin əxlaqsızlıq əməlləri böyük biabırçılıqla nəticələnir və həyatı təhlükə altında olur. O, öz tabeçiliyində olan bir rus qızını zorlayır. Qız da Moskvaya şikayət yazır. Bununla bağlı Moskvadan Heydər Əliyevin fəaliyyətinin yoxlanılması və cəzalandırılması barədə göstəriş gəlir. Bu vaxt Heydər Əliyevin qaynatası professor Əziz Əliyev də Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun etimadının öhdəsindən gələ bilmədiyi üçün onun da həyatı təhlükə altında qalır. Beləki, M.C.Bağırov Dağıstan MR-nı Azərbaycana birləşdirmək üçün Lavrenti Beriyanın təqdimatı əsasında, Əziz Əliyevi Muxtar Respublikanın KP MK-in birinci katibi seçilməsini təmin etmişdir. Ancaq Əziz Əliyev M.C.Bağırovun etimadını doğrultmur. Bununla bağlı əlindən partiya bileti alınmaqla, özü də Sabunçu qəsəbəsindəki xəstəxananın baş həkiminin müavini vəzifəsinə göndərilir. Bu barədə professor Ə.Ibrahimov yuxarıda adı hallanan kitabında yazır: «Azərbaycanın geoloq-geofizikləri Dağıstan Muxtar Respublikasının dəniz şelfində neft-qaz yatağı aşkar etmişdilər. Həmin yatağın istismarını təmin etmək üçün Mircəfər Bağırov Dağıstan Muxtar Respublikasının Azərbaycana birləşdirilməsi barədə Moskvadan razılıq almışdır. Problemin həllini təmin etmək üçün professor Əziz Əliyevi Dağıstan Muxtar Respublikasının KP MK-nın birinci katibi seçilməsinə nail olmuşdur. Çox əfsuslar ki, Muxtar Respublikanın Azərbaycana birləşdirilməsinə Sovet Ittifaqı KP MK-nın bürosunda baxılanda Əziz Əliyev məsələnin həllini təmin edə bilmədi. Muxtar Respublikanın Ali Sovetinin sədri Daniyalov etirazını bildirdi. Xidməti işlərinə görə Daniyalovu Dağıstan MR MK-nın birinci katibi vəzifəsinə təyin etdilər. Görünür pərdə arxasında Əziz Əliyevin yüksək vəzifə postunu itirməsini Rusiya Federasiyası təmin etmişdir. Mircəfər Bağırov onu səhlənkarlığına görə partiyadan xaric etdirdi. Amma peşə ixtisası üzrə «Caparidze» adına xəstəxananın (Sabunçu qəsəbəsindəki xəstəxananın) baş həkiminin birinci müavini vəzifəsinə təyin olunmasına Mircəfər Bağırov razılığını verir. Əziz Əliyev özü demişkən: ona da çox şükür.
Görünür Rusiya Federasiyasının rəhbərliyi Dağıstan MR Ali Sovetinin sədri Daniyalovu şirnikləndirərək məsələnin həllinə maneçilik törədiblər. Axırıncı da M.Bağırovun qəzəbinə səbəb olmuşdur. Növbəti seçkidə Əziz Əliyev Muxtar Respublikanın KP MK birinci katibi vəzifəsinə təkrarən seçilmədi. O vəzifəyə Daniyalov seçildi. Azərbaycan KP MK bürosu Əziz Əliyevi neqativ səhvə yol verdiyinə görə, partiya sıralarından azad olunması barədə qərarını verdi və onun «Caparidze» adına xəstəxanaya baş həkimin birinci müavini təyin olunması barədə səhiyyə nazirliyinə sərəncam verildi. Qeyd olunan məsələni professor özü mənə söylədi. Demək olar ki, Əziz Əliyevin siyasi səhvi nəticəsində, Dağıstan MR Ali Sovetində özünə sədaqətli şəxslə kadr dəyişikliyi vaxtında etmədiyinin nəticəsində Dağıstan MR-i itirdik.» (səh. 87)
Bu vaxt SSRI və respublika rəhbərliyində köklü dəyişiklər baş verir. Mir Cəfər Bağırov Azərbaycan KP MK birinci katibi vəzifəsindən uzaqlaşdırılır. Bu vəzifəni qısa müddətə DTK-nın sabiq sədri Teymur Yaqubov icra edir. Sonra Azərbaycan KP MK-nın birinci katibi I.Mustafayev, ikinci katib Vitali Səmədov, MK-nın katibi və eyni zamanda MK-nın Reablitasiya Komissiyasının sədri Məmməd Isgəndərov olur.
heyder-valideynleriYuxarıda professor Ə.Ibrahimovun «Görkəmli insanların həyatı. Məmməd Əbdül oğlu Isgəndərov» kitabında M.Ə.Isgəndərovun baldızı Kamilə xanımın Əzizbəyovanın «Yaxşılığa-yamanlıq» başlığı altında yazdığı xatirəsi Heydər Əliyevlə bağlıdır. O yazır: «Həmin zamanda mənim kiçik bacım Nəzimə göstərilən xəstəxanada (Sabunçu xəstəxanasında) hamiləlikdən müalicə olunurdu. Biz də onu yoxlamaq üçün xəstəxanaya gedib-gəlirdik. Eyni zamanda xəstəxananın aptekinə mənim dayım Bəhmən Ağazadə rəhbərlik edirdi. O bizi Əziz Əliyevlə tanış etdi. Növbəti dəfə xəstəxanaya gedəndə dayım B.Ağazadə Əziz Əliyevlə birlikdə məndən və Nəzimə bacımın həyat toldaşı Əhəd Ibrahimovdan xahiş etdilər ki, MK Reabilitasia Komissiyasının sədri M.Isgəndərov, professor Əziz Əliyevi qəbul etsin. Biz də onların xahişlərini Tahirə bacımın nəzərinə çatdırmağı söz verdik. Tahirə xanım da bizə bildirdi ki, Məmməd onun işinə qarışmağımıza qətiyyən yol vermir … Xoşbəxtlikdən bacım Tahirə Tibb Institutunda oxuyan vaxt Əziz Əliyevin qızı Zərifə ilə bir qrupda təhsil almaqla, rəfiqəlik edirdilər. Bundan istifadə edən Zərifə də ikinci tərəfdən atasına kömək etmək üçün Təhirəyə müraciət edirdi. Növbəti dəfə birlikdə Məmməd müəllimdən xahiş etməli olduq, o da çox xəsisliklə professoru qəbul etməyə razılıq verdi. Beləliklə, M.Isgəndərov professor Ə.Əliyevin ərzizəsini qəbul etməklə onu qəbul etməyə razılıq verdi. Qəbulun nəticəsində də o, professoru reabilitasiya etməklə yanaşı, əziz Əliyevi Həkimləri Təkmilləşdirmə Institutunun direktoru vəzifəsinə təyin olunmasına təqdimat verdi. Təqdimata Büro üzvləri etiraz etmədilər. Çünki, M.C.Bağırov vəzifəsini itirmişdi. Hal-hazırda həmin institut Əziz Əliyevin adını daşıyır.» (Səh. 132-133) Göründüyü kimi bütün bunlar M.Ə.Isgəndərovun və onun həyat yoldaşı Tahirə xanımın insanpərvərlik, humanistlik mövqelərinin əyani göstəricisidir.
Sonra Kamilə xanım yazır: «Azərbaycan DTK sabiq sədri və Azərbaycan KP MK sabiq birinci katibi Teymur Yaqubovun verdiyi informasiyada göstərilir ki, 1953-cü ilin əvvəlində Moskvadan komitəyə daxil olan sərəncamda komitənin 5-ci şöbəsinin rəisi H.Əliyev vəzifəsindən sui-istifadə edərək təbeliyində xidmət edən rus qızını zorlamışdır. Qız da ərizə ilə Moskvaya müraciət etmişdir. Bununla bağlı aparılan yoxlama işləri nəticəsində H.Əliyevin fəaliyyətində əlavə neqativ faktlar aşkar edilmişdi. Böyük Vətən Müharibəsi illərində o döyüşən ordu sıralarında xidmət etməkdən yayınmışdır, saxta sənədlərin əsasında yaşını 4 ildən artıq azaltmışdı və s. Onun buraxğı cinayət xarakterli neqativ faktların sayı həddindən artıq olduğundan bu cür göstəricilərə malik olan şəxs DTK sistemində çekist işləyə bilməz. Təcili surətdə onu vəzifəsindən azad etməklə, poqonlarını söküb partiya sıralarından azad etməlisiniz! Demək olar ki, H.Əliyevi diri-diri tabuta uzandırıb dəfn olunmasına sərəncam verilmişdi. Məsələyə Partiya Təşkilatının iclasında baxmaqla H.Əliyevi Kommunist Partiyası sırasından və şöbə müdiri vəzifəsindən xaric etmək qərarını vermişdir. Yuxarıda sadalanan sənədləri təsdiq etmək üçün Azərbaycan KP MK müraciət göndərdik.» (Səh. 133)
Azərbaycan KP MK-nın hüquq şöbəsinin müdiri DTK-nın MK göndərdiyi, H.Əliyevin tərcümeyi halını əks etdirən müraciət barədə M.Ə.Isgəndərova məlumat verir. O da müraciətin mahiyyətini birinci katibə – Imam Mustafayevə çatdırır. I.D.Mustafayev soruşur: «Siz Heydər Əliyevi tanıyırsınız? Deyir xeyir. Əvəzində I.Mustafayev M.Isgəndərovun nəzərinə çatdırır ki, «H.Əliyev gürzə ilandır əldən buraxsan, sənin özünü çalacaq.»
Müraciətin MK-nın bürosunda baxılmasına hazırlıq zamanında M.Isgəndərova Heydər Əliyevə kömək etmək barədə xeyli mötəbər şəxslər tərəfindən müraciətlər, xahişlər olundu, o cümlədən böyük qardaşı Kərimdən də. Kamilə xanım yazır: «Zərifə tez-tez Tahirə və ailənin digər üzvləri ilə görüşməklə həyat yoldaşı H.Əliyevə kömək etməyi istəyirdi, göz yaşları tökürdü.» (Səh. 124) Zərifə xanımın göz yaşlarını nəzərə alaraq M.Isgəndərovun arvadı Tahirə xanım, baldızı Nəzimə xanım və bacanağı professor Əhəd Ibrahimov birlikdə ona H.Əliyevi qəbul etməyi və kömək etməyi xahiş edirlər və ona da nail olurlar.
M.Isgəndərov da təkrarən Imam Mustafayevə Heydər Əliyevə köməklik etməyin lazım olması barədə öz fikrini bildirir. Digər tərəfdən də Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev akademik Imam Mustafayevə yalvarıb-yaxarır ki, Heydərin damğalanmaması üçün ona köməklik etsin.
Nəhayət, M.Isgəndərov Heydər Əliyevin xahişini təmin edib, onu da qəbul edir. Kamilə xanım yazır: «Qəbulda H.Əliev yalvara-yalvara, ağlamaqla böyük səhvə yol verdiyini, indi başa düşmüşəm günahım həddən artıqdır. Sizdən onu bağışlamağı xahiş edirəm.» (Səh. 134) deyir.
I.Mustafayevə və M.Isgəndərova Heydər Əliyevə kömək etmək barədə xahişlər nəzərə alınaraq, yuxarıda göstərdiyimiz DTK-nın müraciəti respublikanın köhnə DTK rəhbərliyi tərəfindən hazırlandığından ona yeni partiya rəhbərliyinin mövqeyində baxılır. Heydər Əliyevə partiya cəzası verməklə, DTK-da əks-kəşfiyyata xidmət edən milli kadr olduğundan qorunub saxlanması barədə qərar çıxarılır.
#ermeni #kürdler #Eliyevler #Heyder #İlham
1. https://m.ok.ru/dk?st.cmd=altGroupMediaThemeComments&st.groupId=53646124056675&st.themeId=65806121140323&_prevCmd=altGroupMain&tkn=8779#lst 2. https://m.ok.ru/dk?st.cmd=altGroupMediaThemeComments&st.groupId=53646124056675&st.themeId=65806140801123&_prevCmd=altGroupMain&tkn=500#lst
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев