Предыдущая публикация
Olma tarik dərsidən, ey ənvəri-canım Əli!
Pəndimi eylə qəbul, ey xanü xaqanım Əli!
Var ümidim etmiyə zaye əfəndi sə♹yini,
Qoymıya dərsində bir kəm-kəsr Osmanım, Əli!
Mən səninçün eylərəm xeyri-dualər ruzü şəb,
Saxlasun hifzü himayətdə Sübhanım, Əli!
Payimal etsin ədüvvi-hasidin lütfi-Allah,
Hər zaman qəmxarın olsun Şiri-yəzdanım, Əli!
Gərçi, ey dil, mən Əbubəkr, Ömər, Osmaniyəm,
Həqq İmamdır, mənim ol şiri-mərdanım, Əli!
Könlimin şəhrin fəraqü həsrətin qılmış xərab,
Bir yüzin görsəm olur abad viranım, Əli!
Olsun, Arif, həşrdə əvvəl şəfi♩in Müstəfa
Sonra Bubəkr, Ömər, Osman, əslanım Əli!(Mustafa A.Arif)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1