Предыдущая публикация
Getməyə can çəkir ayağım, qolum,
Gah səhra rast olur, gah da ki çəmən,
Yoruldum həyatın yollarında mən...
Keçmişlə gələcək arasındayam,
Gəl gör ki dünyanın harasındayam,
Canından bezmişlər sırasındayam,
Yoruldum həyatın yollarında mən..
Sonsuz göy üzü də anlamır məni,
Üstümə yağdırır kədəri qəmi,
Tufana bürüyüb bütün dövrəmi,
Yoruldum həyatın yollarında mən.
Bu yalan dünyanın qurbanıyam mən,
Bacara bilmirəm özüm-özümlə,
Artıq dəyəri də düşüb gözümdən,
Yoruldum həyatın yollarında mən..
Ağzımda zəhərdir bir şirin loxmam,
İsitmir bədəni bu soyuq daxmam,
Daha bu yollarda bir iz buraxmam,
Yoruldum həyatın yollarında mən..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев