Ötdü-getdi cavan yaşım, Çatdım ömrün yarısına. Yavaş-yavaş enir başım Ürəyimin ağrısına Başım üstdə dan sökülür, Dağılır gecənin külü, Bu dünyanın üzü gülür, Ağı çıxır qarasına. Saçımın da artır ağı, Əsir ömrümün budağı, Çevrilirəm bir yarpağın Yaşılından sarısına. Bir səhər görsəm ölümü, Əlimdən salsam qələmi, Yarpaq kimi qoyun məni Varaqların arasına.
    0 комментариев
    0 классов
    #Kerim Qoca Hər vaxtını xeyir əziz dost, səmimi, könlü gözəlliklərlə dolu olan, dəyərli və mehriban ADAM. BİR yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya. Gələnlər qalıcı deyil getmək üçün gəlmişdir. İnsan. Tikdiyi qəsrlər qalalar min illərdir yaşayır amma insanın sümüyündən əsər əlamət yoxdur. Gedənlər vaxtlarının dolduğuni anlarlar . İnsan bu dünya adlı məkana ayaq qoyduğunda ilk işi ayağını yerə basmağı ayaq üstə dayanmağı öyrənir. Bu ona əbədi qalacağını aşılayır dil açır hökm etmək istəyir və istəklər möhkəm qala tikməyə gətirib çıxardır. Adam olan isə əməldən qala, niyyətdən zireh, imandan silah düzəldər gedəcəyi günə qədər vücud adlı səltənətinin keşiyini çəkər... ADAMA gəldi gördü susdu getdi. Getmək ayrılıq deyil, susmaq küskünlük deyil, baxmaq istəmək deyil, danışmaq eşitdirmək deyil, laiqincə yaşamaqdır..mən ruhumu YARADANIMA təslim etdikdən sonra ...öldü deməsinlər,geldi, yasadi, gordu, yoruldu, getdi desinlər. #Kerim Qoca
    0 комментариев
    0 классов
    0 комментариев
    0 классов
    DƏYİŞDİ ZƏMANƏ,DƏYİŞDİ İNSAN Dəyişdi zəmanə,dəyişdi insan, "Dəymişi" tökülür "kalın" yerinə. Qəribə bir hala gəlibdir dövran, Zəhər dadızdırır balın yerinə. Cahillər,nadanlar keçərkən başa, Millətə yüksəkdən edib tamaşa. Boş vədlər,təriflər deyib birbaşa, Salıb boğazının qalın yerinə. Neçə saf arzunu vermişik kütə, Nə qədər canini döndərdik bütə, Sahib çıxmadıqca bir parça ətə, Baş cavab verəcək dilin yerinə. Göylərə yüksəlir ahu-zarımız, Hər düzgün işə də hey qoyulur mız. Yerişin itirib “fiqurlar”ımız, ”Peşkalar” “xod” edir filin yerinə. Baş-ayaq olubdur indi bu həyat, İtib abır,həya,ar,mənəviyyat. Bu fərqli yaşama qaldıq xeyli mat Qaynana “bəzənir” gəlin yerinə. ”Çılpaq bənövşələr”sayılır ulduz, ”ÜÇ DAMA"önündə pas gedir “ÜÇ TUZ” Hardansa artırıb başına buynuz, Qoyun keçən gündən kəlin yerinə. Ay Aqil Kəngərli,qaldın naəlac, Gəl indi təzadlı mühütdən baş aç. Ya bir çarəsin tap,ya baş götür qaç, Yanırsan,qalacaq külün yerinə. Dövrümüzün Sabiri AQİL KƏNGƏRLİ
    0 комментариев
    0 классов
    Hər şey gözəldir həyatda, sən bu gözəlliyi duyub anlaya bilsən. Hər şey gözəldir həyatda, sən bir zərrə gözəllik yarada bilsən.
    0 комментариев
    0 классов
    Dini satmaq ən gəlirli işdir çünki müştərilər aldandiqlarini yalnız öldükdən sonra anlayir
    0 комментариев
    0 классов
    İnsan öldükdən sonra, nə qədər tez unuduldugunu bilsəydi, özünü kimlərəsə bəyəndirmək üçün cabalamagin nə qdər boş olduğunu anlardi. Sədi Sirazi
    0 комментариев
    0 классов
    Səndən ayrılırdım, sənə gələrkən......əbədi heç nə yoxdur, vüsal da əbədi deyildir. Bir gün ayrılırsan , atadan, anadan, bacıdan, qardaşdan və bütün sevdiklərim sənin üstünə torpaq atır........ İnsan doğulduğu andan ölməyə başlayır əslində......bunun həqiqəti ömürdən keçən hər gündür. Bu həqiqətləri bilə bilə dünyaya dörd əlli sarılıb hər şey MƏNİMdir deyirik. #Kərim Qoca
    0 комментариев
    0 классов
    Düşüncələrimiz həyatımızın etalonudur Düşündüklərimiz, danışdıqlarımız və davranışlarımız gündəlik həyatımızın meyarıdır. Nikbin düşüncə tərzi, gözəl danışıq qabiliyyəti və yaxşı davranış xüsusiyyəti, fərdi keyfiyyətlərimizi artırar və həyatımızı yaxşılığa doğru dəyişər. Bunun əksinə, bədbin düşüncələr, yersiz danışıqlar, pis davranışlar da həyatımızı bərbad edər. Nə düşündüyümüz, nəyi çox düşündüyümüz, necə danışdığımız, necə davrandığımız həyatımızda böyük rol oynayır, həyat tərzimizi bilavasitə müəyyən edir. Nəyi düşünür, nəyi danışırıqsa, onu çoxaldarıq. Nəyi düşünsək, nəyi danışsaq onu yaşayarıq. Ağlımıza və dilimizə gələn mütləq başımıza gəlir. Həyatımızdakı uğur və uğursuzluqlar nəyi, nə qədər düşündüyümüzdən və nəyi, nə dərəcədə etdiyimizdən birbaşa aslıdır. Nə düşünürüksə, ondan ibarət oluruq, nə danışırıqsa, ona inanırıq, nə ediriksə, onu məqsədə uyğun hesab edirik. Düşüncələrimiz həyatımızın etalonudur.
    0 комментариев
    0 классов
    Bir ağıldan seyrək deyir ki, Quran bu milləti kor edib, bizi geri salıb. • Quran deyir içmə, sən içirsən. • Quran deyir çəkmə, sən çəkirsən. • Quran deyir qumar oynama, cibin Topaz kuponu ilə doludur. • Quran deyir zina etmə, həftəlik "bazdığ"ından geri qalmırsan. • Quran deyir qeybət etmə, burda etdiyimi səhər qoyursan başqasının ovucuna. • Quran deyir xaos yaratma, qanunlara uy, sənin "naruşeniya"ların, "vorzakonluq"ların sərhəd tanımır. • Quran deyir rüşvət alma, vermə, sənin alıb-verdiyin "şirinlik"lərindən yeri göyü şəkər basıb. • Quran deyir ədalət mənfəətinə zidd də olsa onu qoru, sənin "ədalət" deyəndə ağlına "ay qız keçmə bizim məhlədən" gəlir. • Quran deyir tanımadığın insanların namusuna qara yaxma, sən məhəllədə "quş", "bala", "ceyran", "anaş" çıxarmadığın zənən xeylağı qoymamısan qala. • Quran deyir zülmə boyun əymə, sən "başını sal aşağı, işini gör" fəlsəfəsini özünə Qurandan üstün fəlsəfə etmisən. • Quran deyir yerə bax, göyə bax, özünə bax, heyvanlara bax, bitkilərə bax, öyrən, araşdır, sənin indiyədək oxuduğun yeganə "kamasutra" kitabı olub, bir də "nənön" rak olanda Ərşad Əzimzadənin "möcüzəsiz möcüzə" kitabından mədət ummusan, vəssalam. Quran deyir, uşağına dar paltar geyindirmə, sən göbəyini açıb buraxmisan çölə. Hanı da, qardaş, hanı, harda uymusan ki, sən Qurana, indi həyasız-abırsız şəkildə deyirsən ki, bu milləti Quran geriyə saldı? Ala, rəhmətdiyin nəvəsi, bu millət Quranı bir altından gəlin keçirəndə görüb, bir də yasda mollanın qabağında. Quran görüb bu millət ki, onu dala da sala? İnsafın olsun da ...
    0 комментариев
    0 классов
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
555268704405
  • Класс
Показать ещё