Предыдущая публикация
Özümüzə yalan,satmağa dəyməz.
Bu sevginin odu,beş ldi sönüb,
Yenidən qalayıb,çatmağa dəyməz.
**
Sən ki yaz etmədin ömrün qışını,
Nə keçmişdən söz aç,nə yor başını,
Daha keçən keçdi,ümid daşını,
Xatirə gölünə, atmağa dəyməz.
**
Sındı o etibar,itdi o inam,
Beləcə yadlaşdı ən əziz adam,
Biz ki namahrəmik,baxışın haram,
Nəfs üçün günaha batmağa dəyməz.
**
Tor gəlib Ehtibarın gözləri üstə,
Ot bitib bu eşqin izləri üstə,
BAş qoyub həsrətin dizləri üstə,
Qalan ömrümüzü yatmağa dəyməz.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев