Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının bu barədə fikirlərini öyrəndik.
O, Aktual.az-a açıqlamasında bildirib ki, bu ermənilərin növbəti cəfəngiyyatıdır: "Ağrıdağın özəlliyi Nuhun gəmisi ilə bağlı əsatirlə bağlıdır. Qara vulkan daşları ilə örtülü bir dağdır. Ağrıdağın qorunması Türkiyənin başucalığı olar. Ermənistanın gözdağı bir az da artar. Əgər dağ UNESCO-nun siyahına düşərsə, Türkiyə ərazisi kimi qeyd olunacaq. Ona görə də bu qondarma, olmayan bir soyqırımın 100 illiyi ərəfəsində ermənilərin növbəti cəfəng addımıdır. Mən baxıram, Amerikada açıq-aşkar yazrlar ki, Doğu Anadoluda 2 milyon türk qırılıb. Rusların və ermənilərin əli ilə öldürlən türklər olub. Bütün bunlar Ermənistan arxivlərində var. Sadəcə, onlar üzə çıxarmaq istəmirlər. 2015-ci il də keçəcək, başqa illər də ötəcək. Ancaq ermənilərin yalanını dünya ictimaiyyəti qəbul etməyəcək".
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев