Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.
Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Firon o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.
Imamın şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı tətil edərək imamın evinə sarı axışırdılar. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdılar. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək çalışırdı ki, bu cinayəti ört-basdır edib imamın öz əcəlilə öldüyünü bildirsin. Mötəmidin özü də dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına bunu da tapşırmışdı ki, camaatdan imamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, imamın ölü namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladı olmadığını xalqa inandırmaqdan ötrü həzrətin bütün var-dövlətini paylamağa başladı.
Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi. Imamın oğlu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamlığa çatdı. Necə ki, Isa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdi.
O, hələ yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyid namazı qılmaq istəyən və camaatın içində pis adam sayılan əmisi Cəfəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. Imam Həsən Әskərinin zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdilər. Bundan əlavə atasının şəhadətindən sonra da müddətlərlə gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar** Ali shiyassi Shafa*****
Beğen · · Paylaş
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев