(verse: QaraQan)
Gözlərin iki okean, göz yaşların aysberq.
Mən içində kiçik balıq,
Hələ bitməmiş bir roman, povest.
Hələ başlıya bilməmiş bir nağıl.
Yenə yaralıdı qanadlar, uça bilmirəm.
Sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm.
Səndən məni bağışla tərk et! Tez get!
Sevgim qaralama dəftəri.
Sən yaralarıma dərman, zamandan yaxşı.
Qəlbim qorxaq uşaq, kim deyir acı həqiqət şirin yalandan yaxşı.
Bakının boz küçələri.
Sentyabr, bir az külək, ara bir yağış.
Bəlkə öləcək sevgimiz, ama qoy hələ yaşasın mahnımız.
(Nəqarət: QaraQan)
Bütün arzularımıza da buz.
Nə qalar məndən sənə iz.
Bir ürək, bir alov, bir köz.
Bir az döz, Bir az döz.
Yaz, bir məktub, ya da bir söz.
Bir soyuq baxış, ya da hiss.
Artıq Mən və Sən deyil biz.
Sən mənsiz, mən sənsiz.
(verse2-QaraQan)
Gecə gündüzə qarışıb, sən yoxsan.
Otaq boşdu, zəng gəlmir.
Buz döşəmələr, pəncərəm pərdəli.
Sənin incə əllərin,
Sənin incə əllərin məni isidərdi.
Kobud qollarım səni qoruyardı.
Şirin sözlərin məni yaşadardı.
Keçmişə bir günlük qayıdardım,
Mən qayıdardım.
Dəyişərdim, Tanımazdım.
Kaş mənim həyatımda heç olmazdın.
Kaş ləpələr sahilə gəlməzdi.
Kaş sahil dənizini sevməzdi.
Onda dalğalar da geri dönməzdi.
Bala balığlar quruda ölməzdi.
Qələm əllərimdə kül olsada gülmürəm.
Sənsiz ölərəm deyirdim ama ölmürəm.
(Nəqarət: QaraQan)
Bütün arzularımıza da buz.
Nə qalar məndən sənə iz.
Bir ürək, bir alov, bir köz.
Bir az döz, Bir az döz.
Yaz, bir məktub, ya da bir söz.
Bir soyuq baxış, ya da hiss.
Artıq Mən və Sən deyil biz.
Sən mənsiz, mən sənsiz.
(verse: Ayka)
Dəli küləklər son məktubunu əlimdən aldı.
Yenə tək qaldım,
Yenə sənsiz həyatım olub mənə zindan.
Yenə sən, Yenə qan, Yenə QaraQan.
Yenə əlində parçalanır ümid.
Yenə dənizimə büründü dumanlar.
Yenə yalanlar yenə yalanlar.
(verse3-QaraQan)
Dəli küləklər, bizim içimizə son bahar gələcək.
Yenə töküləcək yarpağı sevginin.
Yenə yağacaq yağışlar qarışıb göz yaşına.
(verse2-Ayka)
Sevmirəm, sevmirəm.
Necə qorxuram sevdiyimi deməkdən.
Aman Allah bilmirəm, bilmirəm niyə səni belə sevirəm.
Sevirəm mən sevirəm.
(Nəqarət: QaraQan)
Bütün arzularımıza da buz.
Nə qalar məndən sənə iz.
Bir ürək, bir alov, bir köz.
Bir az döz, Bir az döz.
Yaz, bir məktub, ya da bir söz.
Bir soyuq baxış, ya da hiss.
Artıq Mən və Sən deyil biz.
Sən mənsiz, mən sənsiz.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев