Bunu eşidən bir abid şələ şüləsini yığıb çəkilir dağlara. 40 il ibadət edəndən sonra bankada şeytanı ilə qayıdır kəndinə. Bir müddət keçəndən sonra səfərə çıxmalı olur. Bankanı arvadına verib deyir ki, bunu saxla amma nə olur olsun ağzını açma. Arvadıda deyir baş üstə. Kişi gedəndən sonra arvad dözmür bankaya baxıb görür səslər gəlir qulağın yaxınlaşdırır içəridən şeytanın ah naləsini eşidir arvad dözmür bankanın ağzın açır. Açan kimi şeytan tez çıxır içindən, başlayır gülməyə ki, bəs sənin ərin 40 il ibadət elədi, sən onun ibadətini bir dəqiqə içində məhv elədin. Arvad deyir mən sənə inanmıram necə yani sən bu boyda bankanın içində ola bilməzsən yalan danışırsan. Şeytan and aman edir ki, mən bu bankadaydım, arvad inanmırki inanmır. Şeytan deyir onda gəl girim içəri bax görəcəksən mən bura yerləşirəm, şeytan bankaya girən kimi arvad cəld tərpənir və qapağı bağlayıb gülür :) Deyir ki, gördün ərimin 40 ilə etdiyini mən bir dəqiqəyə etdim. Ondan sonra şeytan əlini açıb Allaha deyirki, Allahım sən bu arvadı yaratmışdınsa məni neynirdin axı. 😅😂
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев