Dinimiz təmizlik üzərində qrulmuşdur. Böyük Peyğəmbərimiz də "təmizlik imandandır" mübarək sözü ilə bizim hər xüsusda təmiz olmağımızı söyləmişdir.
Cənabi Haqq da rəsuluna "Müdəssir" surəsində "Rəsulum, paltarını təmizlə.ş günahdan qaç" buyurur.
Paltar, üst-baş, bədən, ev təmizliyi İslamiyyətdə əsasdır. İbadətdən əvvəl bu təmizlik ediləcəkdir. Təmizliyi isə ən yaxşı edən sudur. Su təmizdir. Dəstəmazın düzgün əsası təmiz su ilə olar. Əgər su olmazsa, pak, təmiz torpaq ilə dəstəmaz alınar ki, buna təyəmmüm deyilir. çünki torpaq təmizdir və təmizləyicidir.
Qüsl
Qurani-Kərimdə qüsl etmək fərz olunmuşdur.
Qadınlar aşaqıdakı hallarda qüsl edər:
Qadının adəti qurtardıqdan sonra, əri ilə münasibətdə olduqdan və hamiləlik sona çatdıqdan sonra.
Qüsl alarkən çılpaq olaraq qibləyə dönmək olmaz.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев