Zina qədər pis və böyük günah yoxdur. Onunla evlər yıxılar, əxlaq pozular. Bunun üçün Cənabi Haqq Qurani-Kərimdə - "vela takrebüzzina" buyurur. Mənası "zinaya yaxınlaşmayın" deməkdir.
Zinaya yaxınlaşdıran şeylər ədəbsiz roman oxumaq, ədəbsiz kinolara baxmaq, çılpaq, örtüsüz gəzməkdir. Axirətdə ən şiddətli əzaba düçar olanlar zina edənlər və zinaya yaxınlaşanlardır. Dünyanın ən təmiz, namuslu insanları zinaya yaxınlaşmayan və zinaya yaxınlaşdırıcı şeylərə məhəl qoymayanlardır. Qurani-Kərim qadınlara örtməsi lazım olan yerləri örtməni tənbeh etmişdir. Bu tənbeh pis hadisələrə səbəb olan vücudlarını çılpaq göstərən şeyləri yasaqlayar. Örtü zinaya yaxınlaşdırıcı yolları bağlayar. "Nur" surəsi 31-ci ayəsində bunadan bəhs edilərkən buyurulur: "Mömin qadınlara söylə, gözlərini naməhrəmlərdən gizləsinlər, namuslarını qorusunlar. Örtülərini başlarına çəksinlər. Ziynətlərini ərlərindən, atalarından, ərinin atalarından, oğlanlarından, ögey oğlanlarından, qardaşlarından, bacılarının oğullarından, dindaş qadınlardan, cariyələrdən, qadınlara meyli olmayan kişilərdən və ya qadını başa düşməyən uşaqlardan qeyri kimsəyə göstərməsinlər".
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев