Предыдущая публикация
Müəllif: Roma Xosrov
Bir axşam qapı döyülə,
Durub, qapını açasan.
Baxasan ki, özünsən,
Özündən qorxub qaçasan.
Qaçasan lap uzaqlara,
Yolunu kəsən olmaya.
Nə arxanca bir ağlayan,
Nə də ki, küsən olmaya.
Yer çevrilə astarına,
Qalasan yerin üzündə.
Tək başına yaşayasan,
Bu dünyanın boş düzündə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев