Moruq çox faydalı giləmeyvədir. Bu əsl təbii
dərmandır. Moruq C vitamini ilə olduqca
zəngindir.
Bundan əlavə moruqda A, PP, E, B qrupu
vitaminləri, kalium, kalsium, fosfor, mis,
maqnezium, dəmir, selen kimi faydalı
minerallar, efir yağları var. Moruq müxtəlif
turşularla (salisil, alma, limon turşusu)
zəngindir.
Moruğun tərkibində antosian maddəsi var
ki, bu maddə damar və kapilyarları
möhkəmləndirir, onların elastikliyini artırır.
Moruq orqanizmdə aterosklerozun inkişafını
ləngidir.
Təzə moruq baş ağrıları zamanı çox yaxşı
kömək edir. Bu giləmeyvənin tərkibində
salisin turşusunun olmağı ilə izah olunur.
Moruq təbii sidikqovucu və iltihabəleyhinə
vasitədir. Sidik kisəsi və sidik yolları
xəstəlikləri zamanı bu giləmeyvənin
dəmləməsi çox yaxşı müalicəvi təsir edir.
Moruq salisil turşusu ilə zəngindir. Salisil
turşusu oynaqlar xəstəlikləri zamanı çox
yaxşıı kömək edir.
Moruq soyuqdəymə xəstəlikləri zamanı çox
yaxşı müalicəvi təsir edir - hərarəti salır,
xəstəliyin simptomlarını azaldır, tərlədir,
immuniteti möhkəmləndirir. Məhz bu
səbəbdən moruğu "təbii aspirin"
adlandırırlar. Soyuqdəymə zamanı təzə
moruğu suda çay kimi dəmləmək, moruqdan
kompot bişirmək olar.
Moruq ürək-damar sistemi üçün çox
faydalıdır - yüksək təzyiqi aşağı salır, qanın
tərkibini yaxşılaşdırır.
Moruq pektinlərlə zəngindir və bu səbəbdən
mədə-bağıraq sisteminə də çox müsbət təsir
edir. Moruq bağırsaqları təmizləyir, onlara
antiseptik təsir edir, həzmi yaxşılaşdırır,
iştahanı artırır.
Moruq yarpaqları da çox təsirli müalicəvi
vasitədir. Moruq yarpaqları dəmləməsi
soyuqdəymə, angina, laringit, stomatit
zamanı çox yaxşı müalicəvi təsir edir. Bu
xəstəliklər zamanı dəmləməni qarqara
şəklində istifadə etmək lazımdır.
Moruq yarpaqları dəmləməsi öskürək,
bronxit zamanı bəlğəmgətirici təsir edir,
iltihabı azaldır. Dəmləməni hazırlamaq üçün
10 moruq yarpağını 1 stəkan qaynar suda
30 dəqiqə ərzində dəmləyin və gündə 3 dəfə
1/3 stəkan olmaqla qəbul edin. Dəmləməyə
bal da əlavə etmık olar.
Həmçinin moruq yarpaqları dəmləməsi çay
kimi də qəbul etmək olar. Belə çay həm dadlı,
ətirli, həm də çox faydalıdır - immun
sistemini möhkəmləndirir, sinir sisteminə
müsbət təsir edir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев