Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Ver qəlbə səfa məclisə meyxanə de gəlsin
Şair salır hər məclisi səhmanə, de gəlsin
Meyxanəçini məst elə, mey ver ona saqi
Açsın yeni bir qafiyə peymanə, de gəlsin
Qoy ləzzət alıb hətda qoşulsun bizə zahid
Kamil də olur çün dəli - divanə, de gəlsin
Bir şəm kimi rövşən qılağın hamı yığılsın
Fərz eylə xiridarı da pərvanə, de gəlsin!!
Baxsın bizə qoy huri-liqalar, ləbi gülsün
Aşiq kimi hərdən qaşı kamanə de gəlsin
Odlar diyarıdır bədahətin kökü, ey dil!!!
Bir əntiqə söz Azəribaycanə de gəlsin!
Bənnası sözün Elsevərəm, Azərisənsə,
Qoyma bu sənət elmini viranə, de gəlsin!