Həsrətin qəlbimi ikiyə bölüb
Məcnun xəyalımla küləyə dönüb
Kimsəsiz çöllərdə gəzirəm səni
Arxamca gəldikdə qaçdı aralı
Qırıldı ömrümün arzu məlalı
Bir susan bülbüləm qəlbi yaralı
Saralmış güllərdə gəzirəm səni
Ömür çox gecikib güman tələsir
Vüsalın yolumun hicranın kəsir
Günahsız dustağam sevgimə əsir
Aylarda illərdə gəzirəm səni
Ömrümü talayan xəzan olmusan
Yolumu bağlayan duman olmusan
Elə bir müqəddəs yalan olmusan
O sənli günlərdə gəzirəm səni
Bir ürək gümansız qalandan sonra
Gül açmış arzumda solandan sonra
Tale səni məndən alandan sonra
Nəyimə gərəkdir bu dünya mənim
Sən yoxsan taleyim qəm dolu gülüş
Nəyimə gərəkdir bu dünya mənim
Ömür sarayımın otağı sökülmüş
Nəyimə gərəkdir bu dünya mənim
Bir baxış təklənib qəmə dalıbsa
Vüsalın hardasa saçın yolubsa
Əllərim əlinə həsrət qalıbsa
Nəyimə gərəkdir bu dünya mənim
Sənsən sağalmaz yarama əlac
Tənhalıq gözümə boylanır ac-ac
Taleyim tək sənin sevginə möhtac
Nəyimə gərəkdir bu dünya mənim
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев