Bir qərib axşamda görüşdük sənlə.
Dindi xatirələr dodaqlarında.
Yaşadıq bir gecə xatirələrlə.
Bir qərib axşamda görüşdük sənlə.
Ayda həsrət ilə bizə baxırdı.
O ötən günləri yada salırdı.
Gözündə surətim hey canlanırdı.
Danışdım sakitcə sənin qəlbinlə
Bir qərib axşamda görüşdük sənlə.
Gözlər o gözlərdi baxıshlar baxış.
Yağırdı sakitcə yağırdı yağış.
Ürək sevdiyini bir gün taparmış.
Yandım o gecəni məhəbbətinlə.
Bir qərib axşamda görüşdük sənlə.
Sarıldın boynuma,sən çəkinmədən.
Hey öpdüm sevgilim xumar gözündən.
Titrəyiş duyurdum incə səsindən.
Niyə ayrı düşdük bir mənə soylə.
Bir qərib axşamda görüşdük sənlə.
Çinarda yanırdı bizim sevgiyə.
Səndəki camala bu gözəlliyə.
Lal dayanıb baxırdın sebuhiye.
Talehmi,oynadi bizim sevgiylə.
Bir qərib axşamda görüşdük sənlə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев