Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Gəncə — Azərbaycanın ikinci böyük şəhəri. Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.
Ərazisi 110 km², əhalisinin sayı 336 min 100 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.
Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur.