Hünərdən kasıbın naxşı gələndə,
Qımışıb boylanar hər yana , gülər.
Ovçunun toruna aslan düşəndə,
Tülkü quyruq bular , aslana gülər.
İndi ucuzlaşıb ədalar, nazlar,
Belə şey görəndə ürəyim sızlar,
Yerişin - duruşun bilməyən qızlar,
Ədəbli - ərkanlı oğlana gülər.
Sözdən baş açmayır söz qanmayanlar,
Min hoqqa çıxardır utanmayanlar,
Ayağın yığmağı bacarmayanlar,
Üstünə sərdiyi yorğana gülər.
Ovçu oylağında olmasa bir quş,
Özü - öz toruna gələcəkdi tuş,
Güzgüdə özündən qorxan o bəyquş,
Meşənin bəzəyi ceyrana gülər.
Ədalət , gəl susma, danış yenə də,
Kəramət qalmayıb heç bir çənədə,
Çirkablar içində qalan gənə də,
Bəzəkli, düzəkli tərlana gülər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев