Предыдущая публикация
İstəyən ağlayar yada düşəndə,
Ölümtək acıdır dadı hicranın.
İndi haqq yatıbdır, nahaq oynayır,
Vüsaldı düşməni, yadı hicranın.
Dərdli yaranmışam, olmayıb baxtım,
Dağlardan yıxıldım, sellərnən axdım.
Bəladan tacım var, tufandan taxtım,
Olub səltənətim odu hicranın.
Dövran məni haxsız vurdu min daşa.
Bu qəza-qədəri yazan var başa.
Azaflə, sər elə, unutma, yaşa,
Heç olmaz sevinci, şadı hicranın.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев