Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
YOLÇUBƏYLİ KƏNDİ.
Yolçubəyli Azərbaycan Respublikasi Sabirabad rayonu ərazisində kənd yaşayış məntəqəsidir.Rayon mərkəzindən 7 km qərbdə Kür çayının Şirvan sahilində Sabirabad Kürdəmir ( köhnə Tiflis hərbi yol ) yolunun üstündə yerləşir.Ərazisinin ümumi sahəsi 2500 ha (əkin sahələriylə birgə), əhalisinin sayı 4000 nəfərə yaxın olan Yolçubəyli kəndi həm də üç kəndin (Yolçubəyli ,Türkədi ,Narlıq )icra nümayəndəliyidir.
Arxiv sənədlərində Yolçubəylinin rəsmən yaşayış məntəqəsi kimi qeyd edilməsi 1770 -1800 cü illərə təsadüf edilirsə də ,yaşlı insanların deməsinə istinadən kənd ərazisində oturaq əhalinin məskunlaşdığı 400 ilə yaxındır!!