Klenti aldadıb, ona atasan.
Gedib 5 manatdan alıb sevgini
Üstünə 10 qəpik qoyub, satasan.
Biri öz sevgisin ucuzlaşdırır,
Puldan üstün tutur sevgisin biri.
Verilən dəyərlər dəyişir, olur
Dırnağarasında "sevgi alveri".
Xəyanət artdığca qiymətlər
düşür,
Sevgilər artdığca qiymət yüksəlir.
Saxta matrealdan dövrana indi,
Abtavoy qiymətdən ürəklər gəlir.
Var elə sevgilər, nitqin quruyur,
Ürəkdən bir kəlmə sözün də
gəlmir.
Verdiyin dəyərdən az olur sevgi,
Zdaç istəməyə üzün də gəlmir.
Sevgi dükanında var elə sevgi,
Ürək döyündükcə yaşayır, ölmür.
Əlavə şöbə var kasıblar üçün,
"Üz vurma, məhəbbət nisyə
verilmir"! Keyfiyyət çox olsa
müştəri artır,
Kəmiyyət artdığca düşür
səviyyə.
Gözləriniz aydın, kampaniya var,
"İkisin sevənə biri hədiyyə".
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев