Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Gedəndə demişdin
qayıdacağam,
Qayit daha, qurtar məni
zülümdən.
Bilmirəm ölüyəm, bilmirəm
sağam,
Nə fərqi var ayrılığın ölümdən....
Bəlkə bir gün dəli olub güləcəm,
Yad gözlərin yaşlarını siləcəm,
Bir axşamda zəhər içib öləcəm,
Daha başqa nə gəlirki əlimdən.
Nə fərqi var ayrılığın ölümdən....
Mən həsrət yüküylə üzən
gəmiyəm,
Fələyin oynunun mühakimiyəm,
Özgə limanlarda dustağ kimiyəm,
Ayri düşmüş vətənimdən,
elimdən,
Nə fərqi var ayrılığın ölümdən....
Sənsiz yad qollarda üşüyürəm
mən,
Həsrətin qəm yükün daşıyıram
mən,
Bəlkə son günümü yaşayıram
mən,
Nolar mənə xəbər deyin
gülümdən,
Nə fərqi var ayrılığın ölümdən....