Azərbaycanlı fəal Melika Qaragözlünün həyatı təhlükədədir
IRAN REJİMİNİN HƏBS ETDİYİ AZƏRBAYCANLI ÖYRƏNCİ FƏALI, “ƏLLAMƏ TƏBATƏBAYİ” UNİVERSİTETİNİN JURNALİSTİKA FAKÜLTƏSİNİN ÖYRƏNCİSİ MELİKA QARAGÖZLÜNÜN HƏYATI TƏHLÜKƏDƏDİR.
Azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkərlərdə bununla bağlı paylaşım edərək bildirib ki, fəal anasına zəng edərək bildirib ki, xəstəxanada bir neçə nəfər kişi onu döyüblər. Onların məqsədi fəala bilinməyən iynə vurmaq olub.
Melika Qaragözlü isə buna etiraz olaraq aclıq aksiyasına başlayıb və onunla telefon əlaqəsinə qadağa qoyulub.
Qeyd edək ki, Melika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində yaxalanmışdı. Fəal anası ilə qısa telefon danışığında Tehranın Evin zindanının 209-cu bölməsinə salındığını bildirmişdi.
22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.
Melika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi.
Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də 600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Нет комментариев