3. «Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!»
«əl-Bəqərə surəsi, 41-ci ayə»
4. «Allahın nazil etdiyi kitabda olanların qizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dölnəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!»
«Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər! Bu əzab ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmiş. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər» «əl-Bəqərə surəsi, 174 və 176-cı ayə»
5. «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir» «əl-Bəqərə surəsi, 185-ci ayə»
6. «Bu (Quran) isə aləmlərə yalnız bir öyüd nəsihətdir!»
«Sad surəsi, 87-ci ayə»
7. «İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz Quranda müxtəlif dəlillər gətirdik» «İsra surəsi, 41-ci ayə»
8. «Biz bu Quranda insanlar üçün hər cür misal çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı» «İsra surəsi, 89-cu ayə»
9. «Şübhəsiz ki, sən çağrışı nə ölülərə bildirə bilərsən , nə də dönüb gedən karlar eşitdirə bilərsən!»
«Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmanlardırlar!» «Rum surəsi, 52 və 53-cü ayə»
10. «Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik» «Rum surəsi, 58-ci ayə»
11. «Biz ona şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun və deyilən söz kafirlər barəsində gerçək olsun» «Ya sin surəsi, 69 ve 70-ci ayə»
12. «Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər»
«Biz nöqsansız qüsursuz ərəbcə Quranı nazil etdik ki, bəlkə Allahdan qorxub pis əməllərdən çəkinsinlər» «Zümər surəsi, 27 ve 28-ci ayə»
13. «Xeyir, bu (Quran) bir öyüd-nəsihətdir!»
«İstəyənlər ondan öyüd alar» «Müddəsir surəsi, 54 ve 55-ci ayə»
14. «Bu (Quran) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabıyla) qorxutmaq və yaxşı əməl sahiblərinə (cənnətlə) müjdə vermək üçün olan bir kitabdır!» «Əhqaf surəsi, 12-ci ayə»
15. «Biz kitabı (Quranı) sənə yalnız ixtilaflarda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!»
«Nəhl surəsi, 64-cü ayə»
16. «Biz kitabı Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət (doğru yol), mərhəmət və müjdə olaraq nazil etdik» «Nəhl surəsi, 89-cu ayə»
17. «Allah sizə kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən ondan başqasınımı özümə hakim istəməliyəm?» «Ənam surəsi, 114-cü ayə»
18. «Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm edilsin!» «Ənam surəsi, 155-ci ayə»
19. «Bu qorxutmaq və öyüd-nəsihət vermək üçün sənə nazil edilən kitabdır» «Əraf surəsi, 2-ci ayə»
20. «Bu Quran yenilməz qüvvət sahibi, mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki, ataları qorxudulmuş və qafil olan bir tayfanın xəbərdar edib qorxudasan!» «Yasin surəsi, 5 və 6-cı ayə»
21. «And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?» «Qəmər surəsi, 22-ci ayə»
22. «And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?» «Qəmər surəsi, 32-ci ayə»
23. «And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?» «Qəmər surəsi, 40-cı ayə»
24. «Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələri öyrənmək üçün mükəmməl) bir kitab (Quran) gətirdik»
«Onlar ancaq aqibvtimi gözləyirlər? Onun (Quranın) xəbər verdiyi aqibət (Qiyamət) gəlib çıxdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: "Doğrudan da, Rəbbimiziin peyğəmbərləri haqla (doğru xəbərlərlə) gəlmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimizi əməlləri edək?" Onlar özlərinv ziyan etdilər. Uydurduqları (pir etdikləri bütlər də) onlardan uzaqlaşıb qeyb oldu» «Əraf surəsi, 52 və 53-cü ayə»
Bəzi rayonlarda "Quranı azərrbaycanca oxumaq günahdır" deyə fətva verənlər var. Təbii ki, bu fətvanı verən meyit ovçularının məqsədi aydındır. Müsəlman avam olmasa, Quranı öz dilində oxuyub başa düşsə molla "on şirvan ver, dədənin qəbirdə işini düzüb qoşub, bir Yasinlə məsələsini həll edim" deyərək tovlayıb onun pulunu əlindən ala bilməz.
Ey özünü müsəlman adlandıran kəs, bir düşün. Yuxarıda yazılan Quran ayələrindəki Allahın əmr və qadağalarını necə yerinə yetirirsən?
Allahın zikrini sənə günah buyuranlara tabe olduğun kimi Allahın əmrlərinə necə, tabe olursan?!
«Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı ürcah edər və (şeytan) onun yaxın dostu olar»
«(Şeytanlar) onların doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər?» «Zuxruf surəsi, 36 və 37-ci ayə»
Uzaq şəhərə oxumaq üçün gedən övladlarına ata məktub yazıb nəsihət edir. Bacı məktubu televizorun qarşısında oturan qardaşna uzadaraq: "Atamızdandır. al oxu" dedikdə qardaş qonşu otaqda uzanmış o biri qardaşını göstərərək "ver o oxusun, mənim vaxtım yoxdur" deyərək arxasını çevirdi. Bacısının "axı o yatıbdır" sözündən sonra qardaş: "Eybi yoxdur, sən dur çarpayısının yanında oxu" deyə başından etdi.
Qeyd: yuxu da kiçik ölümdür, bax., «Zümər surəsi, 42-ci ayə»
Ata övladının bu nankorluğunu görsə onu cəzalandırmazmı? Allahın cəzası isə daha şiddətlidir.
«Vay sənin halına, vay!»
«Yenə də vay sənin halına, vay!»
«Məgər insan elə güman edir ki, o, (cəzasız) buraxılacaq?!» «Ali İmran surəsi, 34 35 və 36-cı ayə»
*Tərcümə Quran sayıla bilərmi?*
Сavab: Xeyr, sayıla bilməz. O yalnız Quranın təхmini mənasını çatdıran tərcümədir. Buna dəlil:
1. Allah Təala buyurur: «Biz müşriklərin Quranı Məhəmmədə bir insan öyrədir dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir» «Nəhl surəsi, 103-cü ayə»
2. Allah Təala buyurur: «Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoхlu ziddiyyət (iхtilaf, uyğunsuzluq) tapardılar»
«Nisa surəsi, 82-ci ayə»
3. Allah Təala buyurur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və şübhəsiz ki, biz də onu qoruyub saхlayaсağıq» «Hicr surəsi, 9-cu ayə»
4. Allah Təala buyurur: «Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa sizdə (bəlağətdə) ona bənzər bir surə gətirin və əgər sizin iddianız (bu bəşər kəlamıdır) doğrudursa Allahdan savayı bütün şahidlərinizi (şair və alimlərinizi) köməyə çağırın» «əl-Bəqərə surəsi, 23-cü ayə»
5. Allah Təala buyurur: «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm (mənası aydın), digər hissəsi isə mütəşabih (məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə "Biz onlara inandıq, onların Rəbbimiz tərəfindəndir" deyərlər. Bunları anсaq ağıllı adamlar dərk edərlər» «Ali-İmran surəsi, 7-ci ayə»
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1