Kəpənəkçi Himni
Şırhaşır sinəmdən axar bulaqlar
Düşəndə söhbəti Kəpənəkçinin.
Nəyindən danışım, nəyindən deyim,
Azdımı hörməti Kəpənəkcinin.
Qoynunda ocaq var, ocaq buz olmaz,
Onsuz cörəyimdə hec vaxt duz olmaz.
Insallah hec yerdə o ucuz olmaz,
Bahadı qiyməti Kəpənəkçinin.
Biz ona övladıq, o bizə ana,
Eşqi məhəbbəti işlədi qana.
Oğullar bəxş etdi Azərbaycana,
Itmədi zəhməti Kəpənəkçinin.