Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan müəlim və mədəni fəal Məhəmməd Həsən Davudi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb. O, oktyabrın 27-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Qoşaçay şəhərinin təhlükəsizlik idarəsinə aparılmış, orada dindirildikdən sonra Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına köçürülmüşdü. Məhəmməd Həsən Davudinin həbs edildiyi və təcridxanada dindieildiyi zaman ağır döyüldüyü üçün sağlamlığında ciddi problemlərin yarandığı bildirilir.
İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi dekabrın 20-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb. Qurum yaydığı məlumatda 17 sentyabrdan 20 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 506 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı məlumatda 18 457 nəfərin saxlanıldığı, onlardan 652 nəfərinin öyrənci olduğu qeyd edilib. Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
İsveç Parlamentinin üzvü Aylin Fazelian Ana dilində iran rejiminə qarşı çıxış edib.
Əslən Azərbaycanın Güneyindən olan İsveç Parlamentinin üzvü Aylin Fazelian Ana dilində iran rejiminə qarşı çıxış edib. Məlumat üçün bildidirik ki, Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə deputat seçilib, əslən azərbaycanlıdır. Qeyd edək ki, Aylin Fazelian Güney Azərbaycan fəallarından olan, Azərbaycan Demokrat Partiyasının rəhbəri Mahmud Bilginin qızıdır. Mahmud Bilginin digər qızı Aida Kərimli də İsveçdə tanınmış ictimai-siyasi xadim və deputatdır. 30 yaşlı siyasətçi Aylin Fazelian 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.