olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi
təlimlərdə ötən gün yenidən hərbi helikopterlər
havaya qaldırılıb.
Ermənistan mediası Ağdam rayonunun işğal
olunmuş ərazilərində prezident Serj Sərkisyanın
da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin
uçuşu və raket atışlarının foto və videolarını
nümayiş etdirib.
Təlimdən yayımlanan fotolarda erməni
əsgərlərinin «İqla» zenit-raket sistemindən də
atışlar həyata keçirdiyi nümayiş olunub.
Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi
məlumata görə, Qarabağda keçirilən «Birlik-2014»
adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli
texnika, 450 ədəd hava hücumundan müdafiə
vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi
texnika və 4200 avtomobil texnikası cəlb olunub.
Təlimlər noyabrın 15-də başa çatacaq.
Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim
zamanı Azərbaycan Ordusunun mövqelərinə
hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24
döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən
məhv edilib. (apa)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев