ə) doğum günü səbrin təcəlli etdiyi gündür
Beşinci Hicri ili idi və yasəmən gülünün ətri Mədinə küçələrini bürüdü. Həzrət Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) üzündə təbəssüm görünürdü. Peyğəmbər (s) buyurdu: ✏Onun adı Zeynəbdir❮. Atasının zinəti gözünü bu fani dünyaya açmış və hamının sevincinə səbəb olmuşdu.
Həzrət Zeynəb (s.ə) pak nəsildə dünyaya gələrək, burada böyümüşdü. Zeynəb (s.ə) fəsahət və bəlağətdə atası Həzrət Əliyə (ə) bənzəyirdi. Elm və əməlində, iffət və ismətində isə anası Həzrət Fatiməyə (s.ə) bənzəyirdi. Həzrət Zeynəb (s.ə) uşaqlıq dövrünü babasının tərbiyəsi altında keçirtmişdir. Ailə üzvlərinin hamısı ona məhəbbət göstərirdilər. Adı həmişə şücaət qalasının fəthində çəkilərdi. Zeynəb (s.ə) mərdliklə çirkinliklərin üzərində addımlayırdı və zülməti ədalət fəryadı ilə açırdı. Onun cəsarətləri tərifə layiqdir.
Həzrət Zeynəbin (s.ə) İmam Hüseynə (ə) sevgisi elə bir sevgi idi ki, sona çatmırdı. Zeynəb (s.ə) hər gün qardaşını görməyə gedərdi və bununla da təskinlik tapardı. Qardaşının təbəssümü qəlbindəki qönçələri sulayardı. Bu sevgi hələ uşaq yaşlarından mövcud idi və ancaq qardaşının kənarında rahatlıq tapardı. Ondan uzaq durmazdı.
Zeynəb (s.ə) həmişə dövrünün İmamının (ə) göstərişlərinə əməl edərdi. O, həqiqi möminin necə olduğunu nümayiş etdirirdi. Dağdan möhkəm, müsibət qarşısında zillətə əyilməzdir. Müsibətlər qarşısındakı səbrinə görə adı həmişə İlahi vacibatları yerinə yetirmək yolunda səbir edənlərin siyahısında səslənirdi.
Xoş gəldin, ey şücaətli banu, ey atasının zinəti! Ey Əlinin (ə) abırı, ey Fatimənin (s.ə) eşqi! Xoş gəlmisən, ey Heydərin ümidi və anasının arzusu! Ey İmamət dənizinin tək mirvarisi! Ey ✕Ummul-məsaib❬, ✱qurrətil-eynil-Murtəza❡! Tarix sənin kimisini heç vaxt görməyib və görməyəcəkdir. Ad günün mübarək!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3