Həyat sönür gözümdə,
Mənə “unut” söyləmə!
Mən itirəm özümdə,
Mənə “unut” söyləmə!
Açaq qoşa qol-qanad,
Qəlb aynama az daş at.
Bir fürsətdi bu həyat,
Mənə “unut” söyləmə!
Bu ömürdə nəyim var?—
Ən öncə gərəyim var.
Bir sənli ürəyim var,
Mənə “unut” söyləmə!
Mehrin saçın yolanda,
Yanımda olanda da,
Darıxıram o anda,
Mənə “unut” söyləmə!
Əcəb sərxoşam, məstəm,
Eşqində bütpərəstəm.
Vüsalam, sənə qəsdəm,
Mənə “unut” söyləmə!
Qəlbim yaman dardadır,
Səbəb intizardadır.
Aman, fikrin hardadır?
Mənə “unut” söyləmə!
Olma ayrılıq qarı,
Vermə eşqə qubarı.
A səadət açarım,
Mənə “unut” söyləmə!
Mənsizliyin yarınsa,
Unut, sənə yarısa.
Bu söz mənə yarasa,
Mənə “unut” söyləmə!
Ürəyin xəndan güldü,
Açacaq qönçə dildi.
İstəsən mənə “öl” de,
Mənə “unut” söyləmə!
2000.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев