Heydər Əliyev adına Hərbi İnstitutun 2023/2024-cü tədris ili üçün kursant qəbulu qaydaları.
1. ÜMUMİ MÜDDƏALAR : Tədris dili : Azərbaycan dili Təhsil forması : əyani Təhsil müddəti : 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir. Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. 2. SƏNƏDLƏRİN QƏBULU: Heydər Əliyev adına Hərbi İnstitututuna qəbul olmaq istəyən namizədlər 1 aprel 2023-ci il tarixdən 30 aprel 2023-ci il tarixədək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: – abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış; – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə); – tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış); – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda); – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda); – oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə; – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış; – rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə; – 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; – elektrokardioqramma; – qanın ümumi analizi, qan qrupu və rezus-faktor; – qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; – qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri; – sidiyin ümumi analizi; – psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir. 3. HƏRBİ INSTITUTA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR: Namizədlər Heydər Əliyev adına Hərbi İnstitutunda yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir. Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər. Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Hərbi İnstitut rektorunun sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir. Heydər Əliyev adına Hərbi İnstitutuna qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir. Namizədlər Heydər Əliyev adına Hərbi İnstitutuna Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən l ixtisas qrupunun fənləri üzrə qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər. Sənədlər Heydər Əliyev adına Hərbi İnstitutunda yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479 78-40). Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16). Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək. Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub
Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə tariximizə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirmiş, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəflə, vicdanla davam etdirməyi məsləhət görmüşdür.
Ulu Öndər Azərbaycan sərkərdələri ilə həmişə fəxr etmiş, onların şü
20 Yanvar hüzn gününə həsr olunan tədbirdən sonra kursantlarla söhbət etdik. Kursantların danışığından savadlı hərbçi kimi hazırlıqlı olmaları ilə yanaşı mənəvi-psixoloji vəziyyətlərinin səviyyəsinin yüksək olduğunu da hiss etmək olurdu. Onların səsində inam da var, qürur da. Şübhəsiz ki, bu qürur Vətən müharibəsində zəfər qazanan hərbçilərin davamçıları olmağın qürurudur. İkinci Qarabağ müharibəsində bu qüruru mövqe döyüşündə mühüm qələbə qazanmış əsgərlərin baxışlarında görmüşdüm. Onda döyüşçülərdən biri demişdi:
"Biz tarixi döyüşlərin iştirakçısıyıq, tarixi qələbələr qazananların sırasındayıq. Döyüşlərimiz Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona y
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin də iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərg
Heydər Əliyev adına Hərbi İnstitutun 2023/2024-cü tədris ili üçün kursant qəbulu qaydaları.
1. ÜMUMİ MÜDDƏALAR : Tədris dili : Azərbaycan dili Təhsil forması : əyani Təhsil müddəti : 4 il Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 AZN məbləğində müavinət alırlar. Təhsili və in
Нет комментариев