Bismillahir rəhmanir rəhim.
Möhtəbər rəvayətdir ki, hər kəs bu "Mövludnamə"ni yaninda saxlaya, nurdan xəlq olunmuş Məhəmmədəl Mustafanın (Allahın salamı və xeyir-duası olsun özünə və pakizə övladlarına) "Mövludnamə"sini namaz qılan vaxt qiblənin müqabilində qoya, ele bil ki, Peyğəmbər(s) ilə bahəm camaat namazı qılır.Hər kəs,nurdan yaranmış bu sifət sahibinin "Mövludnamə"sini oxuya və yaxud özündə saxlaya, 4 kitabın savabı ona verilər ki,əvvəl Musanın "Tövratı", İsanın "İncili", Davudun"Zəburu", və Məhəmməd(s)in "Qur'anı" Rəsul Xudanın övladlarından olan Kərbəla şəhidləri kimi min şəhidin savabı ona verilir. Bu "Mövludnamə"nin hörmətinə, dünyanı hələ tərk etməmiş özünü behiştdə görər.
O, bəndəmin günahı çöllərin çör-çöpü, ağacların yarpağı, vəhşilərin sayı, yağan yağışların damcıları qədər olmuş olsa belə Haqq Taala öz tükənməz, binəhəyat mərhəməti ilə onun günahlarından keçər.Can verən zaman mələkil moutun (Əzrayılın) dəhşət heybətindən xatircəm edər.Onun üçün İnkir və Münkirin suallarını asan edər. Hər kəs bu nur-pak Məhəmməd(s)-in sifətlərini oxuya və yaxud özündə saxlaya. Mən ki, onun Allahıyam 100 min ibadətini ona verərəm. Löh, qələm, ərş, kürsi, torpaq ,su, məşriq, məğrib fələk, mələk, Torab, Sürəyya, Şəms, Qəmər, Zöhrə, Müştəri, şəfəq, Sidrətul Müntəha, ins, cinn, Səbah, Mina bunların fəzilət mənziləti qədər o bəndəmə savab verərəm.Öz yerini röyada görməmiş dünyadan aparmaram.Yəni hər mömin kişi və möminə qadın,bu sifəti pak nuri Məhəmmədi həmişə oxuya, eşidə yanında saxlaya:gecə və gündüzlərdə cəmi bəlalardan Allahın amanında olar. Allah Taala onu, əhli əyalını bəla və cürbəcür afaqlardan, afətlərdən öz pənahında saxlar.Divlərin, pərilərin, oğrulların, ins cinnin şəri, yırtıcı, uçan əqrəb, qudurmuş it, yerlərin və göylərin qəza və bəlasından, şərindən Allah Taalanın pənahında olar. Əgər qərzdar(borclu) ola, Xudavənd Aləm öz gözə görünməz qeybi xəzinələrindən əda edər, heç bir zalimə giriftar olmaz. Həmişə hörmətli və həyalı olar.Ruzi qapıları üzünə açı lar.Bu "Mövludnamə"nin sahibi həm bu dünyada, həm də axirətdə xoşbəxt olar.
Rəsuli Xuda vəsiyyətində buyurdu ki: -ey mənim dost və əzizlərim, and olsun Allaha ki, mən Onun Rəsuluyam. Məni ölüm əhatə edəcəkdir.Heç bir yaranmış ölümün pəncəsindən qurtara bilməz. Siz dünyada təfriqəçiliyə (nifaqa) yol verməyin.Axirət işlərindən heç vaxt qafil olmayın, məgər ki, peşman olarsınız, lakin o peşmançılıq fayda verməz. Əgər istəyirsiniz ki, dünya və axirət işləriniz xeyirli olsun, həyatınız xoş keçsin, dünya malına, rəng və rəngidəliyinə aludə olmayın.Dünya eyş işrət üçün yaranmayıb.Dünya axirət üçün azuqə zəmin yeridir. Sifəti pak yaranmış Nuri Muhəmmədin Mövludnaməsi hər kimin yanında olsa Allah və xəlq yanında əziz və mükərrər olar.Bu dünyadan kamil, nurani imanla daimi həyat dünyasına, yəni behiştə daxil olar ki, orada ölməz həyat vardır. Bu Mövludnamənin sahibinin duası qəbul olar, hamı yanında əziz olar, sözü keçər,ömrü xeyirli və bərəkətli olar. Əhli əyalı fəqirlik görməz aralarında nifaq, ayrılıq olmaz. Rəvayətdir ki, Əziz Əbu Əqtab Seyyid Əli Mədəni Nəsnəfi Nuri pak Muhəmmədin 99 adını (mövludnaməni) öz evindən götürüb Sultan Mahmudun yanına apardı.Padişah höküm etdi mövludnaməni o mahalda məhşur etsinlər.O, gecə yuxuda gördü ki, ərasati məhşərdədir.Həzrət Rəsul və 124 min Peyğembər hazır oldular. Allah Taaladan xitab yetişdi ki, ey Sultan Mahmud səni bağışladım, bütün günahlarını əfv etdim, çünki sən nurdan yaratdığım Məhəmmədin(s) Peyğəmbərliyini əziz tutdun.Behiştin qapılarını sənin üzünə açdım.Elə ki,Sultan Mahmud yuxudan oyandı. Bu müjdənin şükrünü yerinə yetirmək üçün, min nəfər çılpaq kasıbı geyindirdi, min nəfər yetimin qarnını doyuzdurdu, nəzir payladı.Bu vəsiyyətnaməni əlinə alıb Mədinə hakiminin yanına apardı.Onu yazdırıb şəhərbəşəhər yaydı.Mövludnamə, kənddən kəndə, məhəllədən məhəlləyə,küçədən küçəyə yaydı.İsmayıl Misirdən:- Rəsuli Xudanı yuxuda gördüm.Həzrət öz mübarək əllərini sinəsinə qoyub, mübarək gözlərindən yaş axıdırdı və buyurdu ki, bu vəsiyyətnaməni mənim ümmətimə çatdırın.Bunu gizlətməyin və deyin ki, mənim ağ saqqalımdan həya etsinlər və tövbə etsinlər.Vəsiyyətnaməni yaymayanlar mənim şəfaətimdən binəsib olacaq. Hər kəs, bunu xəlqə çatdırsa, mənim şəfaətimdən bəhrimənd olacaq və şübhəsiz behiştə gedecək Inşallah!
İltimas dua edirəm yazana, tərcümə edənə, oxuyana, eşidənə, yayanlara özlərinə, dost, əhl əhallarına yaxın əzizlərinə can sağlığı.Haqq Taala Həzrətlərindən sahibi olmağı diləyirik! AMİN ALLAH
MÖVLUDNAMƏ
Bismillahir rəhmanir rəhim.
“Mə’dənil əsrar” kitabında, hədisdə varid olubdur ki, hər bir mövcudatdan əvvəl Allah Taala Məhəmməd əl Mustafa (səlləllahu əleyhi və alihi və səlləmin)mübarək nurunu yaratdı.O anda Həzrət Rəsul mübarək başını səcdəyə qoydu.Allah (izzət və cəlal) tərəfindən nida yetişdi ki,“Ey mənim pak nurum, ey mənim həbibim mən sənin məhəbbətindən 7 dərya yaratdım:
1. Nur dəryası.
2. Elm dəryası .
3. Helm dəryası.
4. Səbr dəryası.
5. Əql dəryası.
6. Fəqr dəryası.
7. Hümmət dəryası.”
Bu dəryalarda Allah Taala öz qüdrəti ilə Həzrət Rəsulu 10 min il saxladı.70 min il sonra Allah tərəfindən fərman yetişdi ki, ey mənim pak nurum, ey mənim istəkli Məhəmməd Mustafa!Daha vücudi mübarəkini gizli saxlama, qalx! Ele ki, Mən qalıxdım, Xudavənd təbarək Taalanın əmri ilə öz nurumu parçaladım. 124 min peyğəmbəri ismət və nübuvvət nütfəsi peyda oldu.Həmin vəqtdə mənim sağ gözümdən iki qətrə su axdı ki, bu vəqt 313 mürsəl peyğəmbər yarandı.Sonra 2 damcı su yene də sağ gözümdən axdı.Əvvəlinci qətrədən İsrafil, ikinci qətrədən isə Əzrayıl peyda oldu.Sonra 2 qətrə su sol gözümdən cari oldu.1-ci qətrədən Cəbrayıl, 2-ci qətrədən isə Mikayıl peyda oldu.İki damcı su yenə sağ qulağımdan axdı. Birinci qətrədən “lövhə”, ikinci qətrədən “qələm” peyda oldu.Yenə iki damcı su mənim sol qulağımdan axdı.1-ci qətrədən “ərş” 2-ci qətrədən “kürsi” vücuda gəldi.Yenə mənim sinəmdən 8 qətrə su axdı ki, bunlardan behiştin 8 qapısı yarandı, behişt xəlq oldu.Yenə iki damcı su mənim çiynimdən axdı. 1-ci qətrədən günəş(afitab), 2-ci qətrədən ay(mahitab) yarandı.Yenə 5 qətrə su mənim sağ və sol əlimdən axdı.1-ci qətrədən badisər, 2-ci qətrədən qar, 3-cü qətrədən rəd, 4-cü qətrədən xətəm, və 5-ci qətrədən sur yarandı.Yenə 4 qətrə sol əlimdən axdı. 1-ci qətrədən Sidrətül Müntəha, 2-ci qətrədən Tubi ağacı, 3-cü qətrədən Adəm Siffətullah, 4-cü qətrədən od, külək, torpaq və su yarandı.Fərman yetişdi ki, ey, mənim pak nurum, sənin pak nurundan 4 ünsür yaratdım.Bax, gör bu 4 ünsürdən hansını seçirsən? Ta ki, sənin peyğəmbərliyini aləmə bəyan edim.Nur-pak Məhəmməd(s) əvvəl küləyi səslədi və buyurdu:“Əssəlamu əleykə ey,külək!”Külək öz dili ilə cavab verdi: “Əleykəssalam, həqiqətən sən kimsən? Nur Məhəmməd(s) buyurdu: “Mən Allahın bir bəndəsiyəm, sən bir Bəndeyi-Xuda”.Ondan sonra Nur-Pak buyurdu: “Ey külək nə iş görürsən?” Külək dedi: “Muradım nədirsə onu da edirəm”. Nur-pak buyurdu: Əstağfirullah! Bax gör nə eybi var ? Külək dedi:
-Nə eybim var? Nur-Məhəmməd(s) buyurdu:
-Eyibsiz bəndə yoxdur.Eyibsiz yalnız Allahdır.
Külək dedi:
-Əhşədü ənla ilahə illəllah.Vəhdəhu la şarikə ləh. Və əhşədu ənnə Muhəmmədən Əbduhu və Rəsuluhu. Külək Nur-pak Məhəmməd(s)-in dinini qəbul etdi və müsəlman oldu, bəndəlik həlqəsini qulağından asdı.Sonra Nur-Pak suyu səslədi: “Əssəlamu əleykə ey,su!” Su cavab verdi:
-Əleykəssalam, ey, Nur-Məhəmməd (s).Nur-Məhəmməd(s) soruşdu:
-Ey Su, nə iş görürsən? Su dedi:
-Nə istəyirəm edirəm.Nur-pak buyurdu:
-Bax gör nə eybin var?Su dedi: -Nə eybim var? Nur-pak buyurdu:
-Allah xəlq etdiyi bəndələrinə əmr etmişdir ki, natəmiz şeyləri səndə yuyub pak etsinlə r.Su cavab verdi:
-Ey Məhəmməd(s) məgər sənin eybin yoxdur? Nur-pak buyurdu:- Əstağfirullah! Eyibsiz bəndə olmaz .Eyibsiz yalnız Allahdı r.Su da iman gətirdi və şəhadət verdi: Əhşədü ənla ilahə illəllah.Vəhdəhu la şarikə ləh. Və əhşədu ənnə Muhəmmədən Əbduhu və Rə suluhu.Su da iman gətirdi və Məhəmməd(s)-in dinini qəbul etdi.
Sonrada Nur-pak Məhəmməd (s) atəşi səslədi:
–Əssəlamu əleykə, ey, atəş!Sən nə iş görürsən?Od dedi:
-Istədiyimi edirəm.Nur-Məhəmməd (s) buyurdu:
-Bəndə öz istədiyini edə bilməz.Özbaşına etdiyi baş tutmaz.Özünə bax, gör nə eybin sahibisən?Od dedi:
-Nə eybim var?Nur-Məhəmməd(s) buyurdu: -Səni öldürən sudur, qüvvət verən küləkdir.
Od dedi:
-Məgər sənin eyibin yoxdur? Nur-Məhəmməd(s) buyurdu: Əstağfirullah, eyibsiz bəndə yoxdur.Eyibsiz yalnız Allahdı r.Od imana gəlib, dedi:
-Əhşədu ənla ilahə illəllah.Vəhdəhu la şərikə ləh. Və əhşədu ənnə Muhəmmədən Əbduhu və Rəsuluhu. Beləliklə, od da Nur-Məhəmməd(s)-in dininə müşərrəf oldu.
Sonra o,Nur-pak Məhəmməd (s) torpağı səslədi:
-Əssəlamu əleykə ey,torpaq!Torpaq öz dili ilə cavab verdi:“Əleykəssalam, Ey Nuri-pak!
Torpaq o saat imana gəlib Məhəmməd əl Mustafa(s)-in dinini qəbul edir.Nur-pak Məhəmməd (s) torpağı təvazökar görüb və yumuşaq könül görüb dörd ünsürdən torpağı intixab etdi.Heç bir yaranış, heç bir məxluq bu dörd ünsürsüz hasil ola bilməz.Sudan hasil olanlar səxavət və kəramət əhlidirlər.Torpaqdan vücuda gələnlər miskindirlər.Sonra Nur-pak buyurdu ki, torpağı ixtiyar etdim.Allah Taala buyurdu ki, Adəmi torpaqdan yaratdım və torpaqdan pərvəriş verdim.Təkrarən torpağa aparıb, torpaqdan yene xaric etdim, bu aşağıdakı ayənin köməyilə:
1. Həzrəti Məhəmmədin mübarək başını həyadan yaratdım.
2. Mübarək burnunu əmhəbin ənbərindən yaratdım.
3. Mübarək qulaqlarını ibadətdən yaratdım.
4. Hər iki mübarək dodaqlarını zikr etmək üçün yaratdım, ta ki, zikr ola.
5. Mübarək ağzını nurdan yaratdım.
6. Həzrətin mübarək qəlbini pak və mübərra, tam ixlas yaratdım.
7. Mübarək əllərini səxadan yaratdım.
8. Mübarək qollarını qüvvədən yaratdım.
9. Mübarək bədənini behiştin müşkündən yaratdım.
10. Mübarək boğazını cənnətin balından yaratdım.
11. Mübarək barmaqlarını səbrdən yaratdım.
12. Bədəninin mübarək sümüklərini behiştin kafurundan yaratdım.
13. Mübarək qədəmlərini ibadət üçün yaratdım.
Əs səlamu əleykum və Rəhmətullahi və bərəkətuhu.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев