Предыдущая публикация
Gah qəhər, gah qürur didir bağrımı,
Sənsiz dolu vurmuş çinar kimiyəm,
Hirsim qopub-düşən yarpaqlarımdı.
Söz var:”Ağlayanda ürək boşalar”,
Səninçün hönkürmək,ağlamaq asan,
Sənin heç olmasa-təskinliyin var,
Yaxşı ki,sən mənə oxşamamısan.
Tərsliyim başıma bir bəla olub,
Təpədən-dırnağa günaham,şərəm,
Eh… bu qürur da bir bəhanə olub,
Nən ki,körpəlikdən dəymədüşərəm…
Vahid Əziz
@seirqoxulum
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев