Sizin dostunuz xoşəxlaqlı idi!
Peyğəmbər (s) dövründə bir şəxs dünyasını dəyişdi. Müsəlmanlar onu qəbiristanlığa apardılar. Qəbir qazanlar qəbir qazmağa başladılar. Amma yer çox bərk olduğundan onlar yeri qaza bilmədilər və Peyğəmbərə (s) şikayət edərək dedilər: Ey Peyğəmbər (s), külüngümüz yerə işləmir. Elə bil, onu daşa vururuq. Peyğəmbər (s) buyurdu: Nəyə görə!? Sizin dostunuz ki, xoşəxlaqlı idi. Sonra Həzrət (s) bir qab su istədi və əlini qabın içinə salıb, suyu yerə səpdi. Sonra buyurdu: Qazın. Yer qum kimi yumşaldı.¹
Peyğəmbərin (s) "sizin dostunuz ki, xoşəxlaqlı idi"- sözlərindən məlum olur ki, xoş əxlaqlı olmaq dünya və axirətdə rahatlıq, pis əxlaq isə fəlakət nişanəsidir.
İmam Sadiq (ə) buyurur:
إِنَّ الْخُلْقَ الْحَسَنَ يُمِيتُ الْخَطِيئَةَ كَمَا تُمِيتُ الشَّمْسُ الْجَلِيدَ
"Günəşin istisi buzu əritdiyi kimi, xoşəxlaq da günahları yox edir."²
¹"Üsuli-kafi", c. 2, səh. 101.
²"Biharul-ənvar", c. 68, səh. 375.
#kami313
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев