1 dekabr 1955-ci il. Cümə axşamı... ABŞ-ın Alabama ştatının Montgomery şəhərində Rosa Parks adlı, 42 yaşındakı zənci bir qadın şəhər kənarındakı işindən axşam saat 6-da çıxdı. Çox yorğun idi və tək istədiyi bir an əvvəl evinə çatmaq idi. Bələdiyyə avtobusunun ortasındakı "dəyişən" statuslu oturacaqlardan birinə oturdu. Montgomery bələdiyyə avtobusundakı ilk 4 sıradakı oturacaqlar ağdərililərə məxsus idi. Qaradərililərə isə ən arxa oturacaqlar ayrılmışdı. Ortadakı dəyişən statuslu oturacaqlar isə ağlar oturandan sonra yer qalarsa, qaraların da otura biləcəkləri oturacaqlar idi. Ağların sıraları dolduqda qaralar oturduqları bu oturacaqlardan qalxaraq arxaya keçmək məcburiyyətində idilər. Əgər arxada da yer yoxdursa, ayaq üstə dayanmaları, əgər ayaqüstə durmağa yer də yoxsa avtobusdan enmələrin lazım idi.
O axşam bəzi ağlar ayaqüstə qalınca sürücü arxaya doğru gedərək dəyişən statuslu oturacaqdakı qaralara "qalxın" şəklində bir əl işarəsi etdi. Dəyişən statuslu kresloların ilk sırasındakı üç qara kişi qalxıb arxaya yönəldi. Rosa Parksın yanında pəncərənin qarşısında oturan qaradərili kişi də qalxdı. Rosa Parks isə laqeyd şəkildə sürücüyə baxırdı. Hər kəs böyük bir şok yaşayırdı. Sürücü qəzəblə qalxmamağının səbəbinin soruşdu. Rosa Parks yerini bir başqasına verməsi lazım olduğuna inanmadığını söylədi. Sürücü polis çağırdı, Rosa Parks həbs olundu və 5 dekabr bazar ertəsi günü məhkəmə ictimai qaydalara itaətsizliyə görə 14 dollar pul cəzası kəsdi...
381 gün ərzində Montgomeryde heç bir qaradərili avtobusa minmədi. İşlərinə, məktəblərinə piyada getdilər. Xüsusi avtomobili olan qaradərililər bələdiyyə avtobusu bileti qiymətinə qaraları aparmağa başladı. Bəzi ağdərili ev qadınları da avtomobilləriylə dəstək verdi. Bələdiyyə avtobuslarını işlədən şirkət böyük maddi zərər yaşadı. Bəzi avtobusları sanki çürüdü. Şəhərdə gərginlik artırdı. Ağdərili iqrçi dəstələri işə piyada gedən qaralara hücum etməyə başladı. Bəzilərini linç etdilər. Ancaq qaradərililər boykota davam etdi. Aksiya sonunda zəfər çaldı və 21 dekabr 1956-cı ildə Ali Məhkəmə qaraların avtobuslarda istədikləri yerə otura biləcəkləri ilə bağlı qərar verdi. Qaralar avtobus boykotunu sona çatdırdı. Ağ irqçilərin reaksiyası isə sərt oldu. Avtobuslara silahlı hücumlar reallaşdırdılar. Qaraları döydülər.
Rosa Parks 1957-ci ildə ölüm təhdidləri və ağların ona iş verməməsi səbəbiylə əvvəl Virciniaya, bir il sonra da Detroitə köçdü. Bir tərəfdən işə, bir tərəfdən də vətəndaş hüquqları hərəkatında mübarizəsinə davam etdi. Martin Lüter Kingin başlatdığı hərəkat gedərək böyüdü və 1964-cü ildə çıxarılan qanun ilə müvəffəqiyyətə nail oldu. Müqavimətin simvolu halına gələn Rosa Parks 24 oktyabr 2005-ci ildə 92 yaşında vəfat etdi...
Rosa Parksın o axşam mindiyi avtobus indi Detroitdəki "Henry Ford Muzeyi"ndə axlanılır. Fotoşəkildə gördüyünüz avtobus odur. ABŞ prezidenti Barak Obamanın oturduğu kreslo da həmin kreslodur. O axşam Rosa Parksı qara olduğu üçün bələdiyyə avtobusunun kreslosundan qaldırmaq istəyən insanların ölkəsinin prezidenti kreslosunda bu gün bir qaradərili oturur.
Tarix özbaşına dəyişməz, onu dəyişdirmək üçün ürəyi alovlanmış insanlar lazımdır. Ulduz ürəkli qadın Rosa Parks kimi...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев