Sosial mediada paylaşılan görüntələrə görə, polis kapitanı, dünya çempionu Bəxtiyar Abbasov vətəndaşın cibinə narkotik atır, daha sonra isə digər polislərlə birgə həmin vətəndaşı döyərək qoluna qandal vururlar.
    35 комментариев
    79 классов
    Azərbaycan vətəndaşları Qarabağda qul kimi işlədilir
    1 комментарий
    5 классов
    Rusiyalı bloger German Yakodka azərbaycanlılara qarşı kobud ifadələr işlədib. Bunun ardınca, o, Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən tapılıb və dediyi sözlərə görə, üzrxahlıq edib. ⚠️ Diqqət! Videoda rusca qeyri-etik ifadələr var.
    9 комментариев
    138 классов
    Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda taksilərin sayı 2 dəfə azalıb. İqtisadçı Natiq Cəfərli isə bu açıqlamanı tənqid edib: “Cənab məmur, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdir. Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü - əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?!”, - iqtisadçı bildirib.
    1 комментарий
    6 классов
    Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətində də dəyişiklik olacaq.  Bu barədə “Aztelekom” və “Baktelekom” şirkətləri öz səhifələrində məlumat paylaşıb.  Bildirilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artıracaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək.  Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Qeyd edilən qiymət dəyişikliklər xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.
    1 комментарий
    2 класса
    “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş baş tutmayıb. Görüşün baş tutmamasına görə hər iki tərəf bir-birini ittiham edir. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "Report" İnformasiya Agentliyinə bildirib ki, nəzərdə tutulan görüşdən Ermənistan tərəfi imtina edib. “Biz görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı ilə, sonra isə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda olmasını təklif etmişdik. Ermənistanın bu görüşdən imtina etməsini onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk” - Hikmət Hacıyev bildirib. Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan isə deyib ki, prezidentlərin görüşünü elə Ermənistan tərəfi təklif edib, Azərbaycan isə təklifi geri çevirib. “Biz Böyük Britaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif etdik, lakin Azərbaycan tərəfi bu təklifi rədd etdi. Ermənistan tərəfinin təklifi hələ də qüvvədədir. Ermənistan danışıqların ən yüksək səviyyədə intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini təkrarlayır" - Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Ötən il Azərbaycan “Avropa Siyasi Birliyi”nin İspaniyada keçirilən 3-cü Zirvə toplantısında iştirakdan imtina edib. Azərbaycan tərəfi bunu onunla əsaslandırıb ki, Birliyin təşəbbüskarı olan Fransa Azərbaycana qərəzli münasibət göstərir və Azərbaycan-Ermənistan sülh danışıqlarında Türkiyə prezidentinin iştirakına şərait yaradılmır.
    1 комментарий
    5 классов
    Bazarlarda qiymətlər od tutub yanır
    2 комментария
    8 классов
    Tural Abbaslı, həyat yoldaşı və qayınatası... Üçü də deputat olmaq istəyir! Ağ Partiyanın sədri Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd olub. Həyat yoldaşı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürüb. Tural Abbaslının qayınatası, sabiq deputat İkram İsrafil isə 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən millət vəkili olmaq istəyir.
    10 комментариев
    15 классов
    Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Vaşinqton sammitinin iştirakçılarını “düşmən” adlandırıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun Vaşinqtonda keçirilən sammiti iştirakçılarının imzaladığı bəyannaməyə sərt reaksiya verib. AYNA xəbər verir ki, Medvedev öz “Telegram” kanalında “Rusiya Şimali Atlantika Alyansının və Ukrayna dövlətinin yox olması üçün hər şeyi etməlidir”, deyə yazıb. “Biz hər şeyi etməliyik ki, Ukraynanın NATO-ya gedən “dönməz yolu” ya Ukraynanın yox olması, ya da NATO-nun yox olması ilə başa çatsın. Yaxud daha yaxşısı, hər ikisi yox olsun”, Rusiya rəsmisi yazıb. Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Vaşinqton sammitinin iştirakçılarını “düşmən” adlandırıb. Qeyd edək ki, iyulun 10-da NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən Alyans sammitində NATO-nun Ukraynanı qəbul etməyə hazır olduğunu açıqlayıb və eyni zamanda, bunun üçün hələ çox iş görülməli olduğunu qeyd edib: “Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağı ilə razılaşır, lakin bunun nə vaxt baş verəcəyini söyləmək hələ tezdir. Biz Ukrayna ilə birlikdə onun üzvlüyünə doğru gedirik, konkret addımlar atırıq”.
    5 комментариев
    4 класса
    Rusiya işğal etdiyi ərazilərdə yolların bərpası ilə məşğuldur
    1 комментарий
    10 классов
559156549660
  • Класс
559156549660
  • Класс
  • Класс
  • Класс
Показать ещё