Kəsildimi səsiniz hər gecə içinizdə??
Barmaqlarınızı bir–birinə dolaya–dolaya,
Əllərinizin tərini saçlarınıza sildinizmi??
Siz heç günah olduğunuzu bildinizmi??
İçinizdə ta ən dərində sızıldadımı Ruhunuz??
Uladımı qulaqlarınızda min bir əziyyətlə əhliləşmiş,sonra çölə atılmış yalquzaq??
Bütün şeytanları güldürdülərmi üstünüzə??
Cəhənnəmi seçdinizmi özünüzə??
Bəs Allah??
Bəs Allah??
Dedinizmi düyün–düyün boğazınızda??
Bütün məscidlərdən qovulub,bütün kilsələrdən qaçdınızmı??
Siz heç susdunuzmu,bütün bədəllərə və əməllərə??
Ölmədiniz ki,çiyninizdəki bu ağırdan??
"Ay Allah",deyib qıvrılmadınız ki ağrıdan??
Siz heç kiminsə günahı oldunuzmu??
İyrəndinizmi yatağınızdan??
Didərgin düşdünüzmü otağınızdan??
Tüpürdünüzmü güzgünün düz üzünə??
Siz özünüzü atdınızmı göyüzünə??
Düşdünüzmü üzüqoylu 15–ci mərtəbədəki evinizə??
Qırıq–qırıq oldumu ürəyinizin qəfəsi??
Keçdimi ürəyinizdən qanadlı olmaq həvəsi??
Siz heç günah olduğunuzu bildinizmi??
Belə bömböyük günah,ən silinməzindən..
Ən görünməzindən..
Sözünüzü kəsdilərmi savabları üçün??
Dua edən oldumu,sizə Ananız kimi??İçin–için..
Bəs Allah??
Bəs Allahla bitdisə suallarınız..
Demək,səhv olan bir şey var..
Ya yazınız..
Ya da elə siz mələklərin günahısınız!!..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев