Предыдущая публикация
Dəhəni dərdə şəfadır,gözü şəhladır bu.
Elə ah etdi ki,könlüm quşu,bicadı qınaq,
Necə ah etməyə,şəhdi-ləbi-şeydadır bu.
Düşə cənnət bağına,layiqi yanlızca budur,
Gəlsə gər yer üzünə,aləmə əhyadır bu.
Cəmi-aqildə bunun tapmadı heç vaxt sirrin,
Məni dəhr içrə yaxan bir qara sevdadır bu.
Mərizi-eşqi-qəmindən daha gəldim təngə,
Dağıdıb könlüm evin,bəlkədə bənnadır bu.
Dedilər ki, “Ağa,yarın səni tənha qoyacaq”,
Məni tərk etmədi,əhdində mübərradır bu.
#AğaMuradov
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев