Предыдущая публикация
Yanında hüzur bulduğum
Səsindən umudla dolduğum
Tükənəndə sevgisinən
şarj olduğum adam-
Anam , atam.
Ətindən , kəmiyindən ,
qanından yoğrulduğum,
Təmasından su kimi
durulduğum.
Yaşadığca , yaşlandıqca
təzədən vurulduğum adam-
anam , atam.
Məni məndən əzəl
duyan,
Məni məndən öncə
oxuyan
Məni məndən belə
qoruyan adam-
anam , atam.
Bir daha bulamayacağım
Isti qucaq
Bir daha duyamayacağım
şəfqət , sevgi , sıcaq,
Məni hər halimlə
qucacaq adam-
Anam , atam.
Sadəcə bir kişi ,
bir qadındı sıradan
bir tanrı ,bir mələk,
bir adam
Məni yoxdan var edən,
Məni məndə yaradan adam-
Anam , atam. ok.ru/dinisozler
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8