Nofəl gürcülər və ermənilər kimi bizim də əlifbamızın olmasını istəyirdi, buna görə də Azərbaycan milli əlifbasını yaratmışdı və demək olar ki, əksər qeydlərini bu əlifbada aparırdı. O, eksperimental dil üzərində də çalışırdı. N.Tahirzadə 1975-ci ilin sentyabrında gələcək müstəqil AZƏRBAYCAN dövlətinin gerbinin və bayrağının eskizlərini hazırlayıb. Müstəqil Azərbaycanın Milli Ordusunun təşkili üzərində ciddi düşünən Nofəl hələ 1975-də (20 yaşında!) Azərbaycan Ordusu qərargahının sxemini yaradıb! Azərbaycan milli əsgər və zabitinin geyim forması və poqonu üzərində də o, çox düşünüb, xeyli eskizlər işləyib. Hərbi ədəbiyyatın ana dilimizə çevrilməsinə, türkcəmizdə hərbi terminologiyanın yaradılmasına da böyük önəm verən N.Tahirzadə rusca çoxlu hərbi terminlərin dilimizdə qarşılığını tapıb, yaxud yaradıb. Azərbaycanın müstəqil olacağına şübhə etməyən Nofəl 15-16 il öncədən buna hazırlıq görür, bu ideal uğrunda hay-küysüz, qışqırıqsız, heç kəsin diqqətini cəlb etmədən, ancaq bir an da dincəlmədən və həyatını təhlükəyə ataraq inadla çarpışıb. 6 avqust 1978-ci ildə Saranskda göldə çimərkən müəmmalı şəkildə boğulub
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 6