Şeytana itaət edən adamlar Qiyamət günü Allahın qəhr, qəzəb və əzabını gördükdə, Şeytandan onlara nicat verməsini istəyərlər. Deyərlər: "Ay Şeytan, biz dünyada bir ömür sənin sözlərinə qulaq asdıq və sənin göstərişlərini icra etdik, onda, sən də gəl bizi əzabdan qurtar."
Şeytan cavabında belə deyər:
Allahın peyğəmbərlərinə və məsumların haqq vədəsinə qulaq asmadınız, amma mənim əsassız vədələrimə siz itaət etdiniz.Mən sizi məcbur etmədim ki, mənə itaət edəsiniz.Mənim gördüyüm iş bu idi ki, sizi batilə tərəf dəvət etdim, siz də qəbul etdiniz. Yaxşı olardı ki, dəvətimi qəbul etməyəydiniz.Mən sizə hakim deyildim. Təkcə işim bu idi ki, sizi günaha dəvət etdim,siz də həvəslə və öz ixtiyarınızla qəbul etdiniz.("İbrahim" surəsi, ayə 22.)
Niyə məni danlayırsınız? Özünüzü danlayın!
çünki mən bir nəfər idim və sizi günag və Allaha itaətsiz olmağa dəvət etdim.Mənim müqabilimdə isə fitrət, əql, məlkələr, peyğəmbərlər, məsum imamlar, "Qurani-Kərim" və ilahi alimlər və s. durmuşdular ki, sizləri Allaha itaətdə olmağa və günah etməməyə dəvət edirdilər.Amma siz Allaha tərəf dəvət edənlərin dəvətinə məhəl qoymayıb, mənim puç və əsassız dəvətimə qane edici cavab verdiniz. Yaxşısı budur, hisslərinizi toplayın ki, belə kiriftarlığa düçar olmayasınız."
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8