Onlar Rusiya liderinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfərinin nəticələrindən məmnun qaldıqlarını bildiriblər. Bildirilir ki, Rusiya bundan sonra da sülh müqaviləsinin bağlanmasında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. “Rusiya tərəfindən Bakı və İrəvana müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında mümkün olan hər cür kömək göstərməyə hazır olduğu təsdiqlənib”, - məlumatda qeyd olunur. Putin və Əliyev Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər: “Cənubi Qafqazda mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası və iki dövlət arasında nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəsi davam etdirilib”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1