musavat.com-a istinadən xəbər verir ki, general-mayor Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birgə mühakimə olunur. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər şəxslərin barəsində araşdırma davam etdirilib. Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi polkovnik Rəfael Xələfov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidməti rəisi olmuş, hazırda həbsdə olan Sadıq Hacıyev və digər şəxslərin barəsində cinayət işinin ayrıca icraata götürülməsi barədə qərar elan edilib. Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək istintaq orqanı tərəfindən müvəkkilinə 2 milyon 551 min manat məbləğində ittiham verildiyini qeyd edib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatının Ali Hərbi Məktəbdə, qalan məbləğin isə korpusda mənimsənildiyi qeyd olunub. Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham ifadələrlə uyğun gəlmir: “Bununla bağlı arayış hazırlamışam və onu məhkəməyə təqdim edəcəyəm”. Xəbərin davamı şərhdə👇🏻
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 9