Azərbaycanın Milli-Mədəni abidəsi, Səlcuqlular dövündə inşa edilən Ocan qalası məhv edilir
Şərqi Azərbaycan əyalətinin Bostanabad (Ocan) bölgəsində yerləşən və Səlcuqlular dövündə inşa edilən Ocan qalası məhv olmaq üzrədir. Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi və başqa əlaqədar qurumların laqeydliyi nəticəsində tarixi qalanın qalıqları da baxımsızlıq və tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları nəticəsində məhv edilir. Tikintisinə Səlcuqlular dövründə başlanılan və Elxanlı sülaləsinin sultanı Qazan xan dövründə yenidən qurulan Ocan qalasının bərpası və qorunması üçün 2013-cü ildə təşəbbüs göstərilməsinə baxmayaraq, vəsait ayrılmadığı üçün bu baş tutmayıb və işlər yarımçıq buraxılıb. Qeyd edək ki, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi
17.12.2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə "Astoria Bakı" otelinin konfrans salonunda "II Bütöv Azərbaycan Forumu" keçirildi. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Güneyli-Quzeyli Bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır. İlk öncə Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy iştirakçıları salamlayaraq, dəvəti qəbul edib gəldikləri üçün BAO adından təşəkkürünü bildirdi və Forumu açıq elan etdi. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən və BAO-nun düny
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu keçiriləcək.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində saat 12:00-da "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr. Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsi
Bu verilişdə Kiyevdən Ukrayna Radasının Hüqüq Komitəsinin əməkdaşı, Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev və Bakıd...
Нет комментариев