Azərbaycanın Milli-Mədəni abidəsi, Səlcuqlular dövündə inşa edilən Ocan qalası məhv edilir
Şərqi Azərbaycan əyalətinin Bostanabad (Ocan) bölgəsində yerləşən və Səlcuqlular dövündə inşa edilən Ocan qalası məhv olmaq üzrədir. Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi və başqa əlaqədar qurumların laqeydliyi nəticəsində tarixi qalanın qalıqları da baxımsızlıq və tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları nəticəsində məhv edilir. Tikintisinə Səlcuqlular dövründə başlanılan və Elxanlı sülaləsinin sultanı Qazan xan dövründə yenidən qurulan Ocan qalasının bərpası və qorunması üçün 2013-cü ildə təşəbbüs göstərilməsinə baxmayaraq, vəsait ayrılmadığı üçün bu baş tutmayıb və işlər yarımçıq buraxılıb. Qeyd edək ki, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев