)
"Şeir" Şairin qələmində deyil,Yazılanın ürəyində yaşar...
..
Ağır-ağır yerindən qalxdı Qadın
vaxt gec oldu...
Vidalaşımmı artıq dedi, qarşısında oturan Adama.
Vidalaşaq, dedi Adam.
Bir an udqundu
və yağış...? dedi.
Mən olmasam da, yağmağa davam edəcək, dedi Qadın.
Onda bəs şeirlərin...? dedi Adam
Onlar nə olacaq...?
Əvvəl yanaqlarına düşən yaşları sildi Qadın.
Titrəyən bir səslə, cavab verdi Adama
"Şeir" Şairin qələmində deyil,
yazılanın ürəyində yaşar...
Heç şübhəm yox ki,
Şeirlərim, sonsuzadək yaşayacaq.................(İlhamə Abbas Yusifqızı...)
...
ALLAH SEVGİSİ...
...
Qorxumuz olmaz bizim,
dünyanı zülmət alsa...
Aşarıq zirvələri,
İlahi sevgi olsa!...
...
O,HƏQİQƏT MƏNBƏYİ,
DƏRDİMİZ QALMAZ BİZİM...
Olsa ALLAH sevgimiz,
qorxumuz olmaz bizim!...
....
O SEVGİ İLAHİDİ,
o EŞQ bir başqa olur...
Sanki nur dənizidi-
axır-ürəyə dolur...
...
İlahidən gələn pay,
bilirik ki,kəm olmaz...
Zülmət alsa dünyanı,
daha qorxumuz olmaz.............(İlhamə Abbas Yusifqızı...)
....
Mücadilə Yer üzündə olsa da,
Hökm Səmadan Gəlir...
Hökm Yalnızca Allah(c.c)ındır...
Allaha sığınaraq, açdığımız əlimiz, naümid geri qayıtmır...Hər bir insan üçün etdiyiniz gözəl duaları, Allah-Təala insanın özünə istiqamətləndirir...Elə bu duaların nəticəsidir ki, hansı çətinliklə üzləşsəm də, Allahım çıxış yolunu o qədər gözəl şəkildə mənə ayan edir ki...Şükür hər dəqiqəmizə...Əziz səhifə üzvlərim və ruhdaşlarım, insanlığı sevin...İnanın ki, paxıllıq+kin-küdurət olmayan ürək günü-gündən cavanlaşır...Hər bir canlını sevib, Allahın bəxş etdiyi hər bir gözəllikdən zövq alıram...Dənizin dalğasından, çiçəklərin pıçıltısından, quşların cikkiltisindən, sevənlərin əl-ələ tutub gəzməsindən, küləyin vıyıltısından, dan yerinin açılmasından, gecələr göy üzünün gözəlliyindən..Hər bir gözəlliyi duyub, hiss etməyi bacardığıma görədir, bəlkə də, sizinlə birlikdə olub, gözəl yazılarımı yazmağım..Açılan hər bir sabahınız, xeyirliyə açılsın..Acılar+kədərlər sizdən uzaq olsun...Günəş qədər parlaq ürəyiniz, mələklər qədər təmiz yolunuz,sular qədər saf+təmiz olsun..Ürəyinizdə gözəlliklər, sevgi bol olsun..Hər nəfəs aldığınızda sağlıq+xoşbəxtlik+sevgi dolu bir gün olsun....
Amin...!🙏
Allahım...! Vətənimizin keşiyində dayanan bütün əsgərlərimizi qoru...Amin...
🙏🤲🏻🇦🇿🇹🇷
Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət, Qazilərimizə canlarının sağlıqlı olmasını diləyirəm......
Rəbbim şərdən+böhtandan+pis insanlardan qorusun bizləri...
Allah bütün türk dünyasını, Azərbaycan xalqını qorusun... 🙏🇦🇿🇹🇷....(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3