"Tatarlar (Azərbaycan türkləri) Kür hövzəsində gürcülər qədər çox olmadıqlarına baxmayaraq, Tiflisin özündən başlayaraq, demək olar ki, bütün hövzənin qalan hissəsini təşkil edirlər. Bəzi əyalətlərdə digər xalqlarla qarışmadan, sıx yaşayırlar; bu Tatarlar, irqlərinin adını itirmiş, lakin müqayisə olunmaz dərəcədə Türkiyənin Osmanlıları qədər qarışığı olmayan Türklərdir; Bizanslılar və ərəblər onları Don və Volqa sahillərində yaşayan tayfalarla birlikdə xəzərlər ümumi adı altında birləşdirirdilər.
Demək olar ki, hamısının üzləri ciddi və sərtdir. Xalq olaraq qəbul edilən Zaqafqaziya tatarlarının Qafqazın digər sakinlərində olmayan mənəvi keyfiyyətləri var; nadir səmimiyyət, dürüstlük və inanılmaz dərəcədə səmimi və zərif qonaqpərvərlik tapa bilərsiniz.
Təhsilə görə bir çox qəzalarda ruslardan daha üstündürlər, əksəriyyəti savadlıdır; çoxları türkcə— "padşahların dilində" yaxşı yazırlar; öz dillərinə və yerli ləhcələrinə əlavə olaraq daha iki ədəbi dil olan ərəb və fars dillərini bilən tatarlara tez-tez rast gəlmək olar".
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 9
Bir fakt- mən 70-80 çi illərdə çox məəttəl qalırdım- niyə Yerevanda 1 dənədə olsun mərkəzi küçə azərbaycanlılara həsr edilməyib, ancaq 10-a qədər Bakıdakı küçə erməni adı daşıyır? Bakının mərkəzi küçəsi Tbilisi adı daşıyır və sair.