Предыдущая публикация
Yaz da köçüb getdi, yeri boş qaldı
Bahar ürəyimi sənsiz qış aldı
Mən yaza vurğunam, qışı neylərəm?!
Eşqimi aparıb sən getdin, demək
Eşqsiz bir könül nəyimə gərək?
Sinəmdə daş oldu o gündən ürək
Sinəmdən asılan daşı neylərəm?!
Həmişə ayrıyıq – gecə-gündüzük
Birimiz təpəyik, birimiz düzük
Üstünün qaşıyla tanınar üzük
Əgər üzük yoxsa, qaşı neylərəm?!
Həmişə sənsizəm, mən niyə sənsiz?!
Nə yerə baxmaram, nə göyə sənsiz!
Mən ki kor olmuşam hər şeyə sənsiz
Kor gözün üstündə qaşı neylərəm?!
Bəxtiyar Vahabzadə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев