Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs olunub. Rəhim Laçınov Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın gedişi zamanı məlum olub ki, Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub. Digər etibarlı mənbələrdən əldə olunan məlumata görə isə, cinayət işinə iyulun 29-da Bakı Hərbi Məhkəməsində baxılıb və R.Laçınov barəsində həbs qərarı verilib. Rəhim Laçınov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham olunur.
    7 комментариев
    3 класса
    Bakıda bəzi şadlıq saraylarında keçiriləcək toylar təxirə salınıb. Buna səbəb isə, noyabr ayında Bakıda keçiriləcək COP 29 tədbiridir. Artıq COP29-un baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı əksər şadlıq evləri noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər.
    1 комментарий
    3 класса
    Daha bir əsgər intihar edib Hadisə dünən Kəlbəcər rayonunda baş verib. Xəbəri Hərbi Prokurorluğun mətbuat xidməti yayıb. Məlumata görə, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu odlu silahdan istifadə etməklə özünü öldürüb. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Allah rəhmət eləsin!
    8 комментариев
    16 классов
    Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub. Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçinin üstünə tullayıb. Balta isə orada işləyən xadimənin ayağına dəyib. Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
    47 комментариев
    111 классов
    Палестино-армянская любовь…Ясир Арафат страстно лобызается с ар.mp4
    1 комментарий
    8 классов
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hədələyib: “Necə ki, Qarabağa, Liviyaya girmişdik, onlara da eynisini edərik”. İsrailin xarici işlər naziri İsrael Katz isə Ərdoğana belə cavab verib: “Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücum etməklə hədələyir. Sadəcə ona orada nə baş verdiyini və bunun necə bitdiyini xatırladın”.
    3 комментария
    12 классов
    COP29-a hazırlıq davam edir! Bakının Günəşli qəsəbəsindəki məşhur zeytunluq məhv edilir. Xəbəri paylaşan EcoKönüllü səhifəsi yaranmış vəziyyəti belə şərh edib: “Zeytunluğu əvvəl təsadüfən qurutdular, sonra təsadüfən kəsdilər, bu gün də təsadüfən yanğın baş verdi. Siz hələ də təsadüflərə inanmırsınız?!”
    3 комментария
    20 классов
    Vətəndaş deyir ki, heç bir qaydanı pozmayıb. Polisdən tələb edir ki, video görüntüləri ona təqdim etsin. Polis isə heç bir sübut təqdim etmir.
    7 комментариев
    38 классов
    Azərbaycan hökuməti etnik talış tədqiqatçısını dövlətə xəyanət və etnik ədavətin qızışdırılması ittihamı ilə həbs edib. Çərşənbə günü İqbal Əbilov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun ailəsi ilə görüşünə qadağa qoyulduğu bildirilir. Əbilovu bazar ertəsi Dövlət Təhlükəsizlik Xidməti Masallı rayonunun Bala Kolatan kəndində saxlayıb.  Əbilov Ermənistan təhlükəsizlik orqanlarına işləməkdə ittiham olunur. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı “fəaliyyət təşkil etmək”, “müxtəlif ölkələrdən pozucu qüvvələri cəlb etmək” və “etnik zəmində nifrət və düşmənçilik yaratmaq məqsədi daşıyan hərəkətlər etmək”də ittiham olunub. O, həmçinin, erməni alimləri ilə "Skype" vasitəsilə “gizli danışıqlar və sövdələşmələr” etməkdə günahlandırılır. Onların arasında Yerevandakı Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri Qarnik Asatryan da var. Asatryan da “Azərbaycanın ərazi bütövlüyünə qarşı məqsədyönlü iş aparmaqda” ittiham edilib. Əbilov “Vardan Voskanyana və Ermənistanın Xüsusi Xidmət Təşkilatı ilə əlaqəli digər şəxslərə yardım göstərməkdə” şübhəli bilinir. Vardan Voskanyan İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasına rəhbərlik edir. Əbilov Belarusda yerləşən Talış Milli Akademiyasının təsisçilərindən biri və eyniadlı jurnalın redaktorudur. Təşkilat jurnalın “talış dilinin hərtərəfli öyrənilməsinə həsr olunmuş ilk beynəlxalq elmi nəşr” olduğunu bildirib. Yaxınları isə hesab edirlər ki, Əbilov qondarma ittihamlarla həbs edilib, səbəb isə Azərbaycan talışları ilə bağlı araşdırmalardır.
    2 комментария
    10 классов
    Rusiyada dəmir yolu və aviabiletlərin qiymətləri 50% artacaq. Bu barədə Dövlət İdarəetmə Universitetinin Beynəlxalq biznes və turizm sənayesində menecment kafedrasının müdiri Aleksey Çudnovski bildirib. O dəmir yolu və aviabiletlərin bahalaşacağını bəyan edib. Proqnozlara görə, daxili reyslərə biletlərin qiyməti 30%, beynəlxalq reyslər üçün isə 50% artacaq. Çudnovski onu da qeyd edib ki, vaqonlarda və digər kateqoriyalı qatarların kupelərində şəhərlərarası daşıma iyunun əvvəli ilə müqayisədə təxminən 20% bahalaşacaq.
    8 комментариев
    8 классов
573345180748
  • Класс
  • Класс
02:23
1722327561985.mp4
348 просмотров
  • Класс
  • Класс
  • Класс
Показать ещё