Предыдущая публикация
O, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bu gün dünyasını dəyişib.
Xəstəxanadan bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-90-cı illərdə baş prokuror, 1992-95-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.
Sabiq ədliyyə naziri vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimad İsmayılovun yanında torpağa tapşırılacaq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2